Müəllimlərin maaşı artmayacaq? – “Reallıq belədir ki…”

Müəllimlərin maaşı artmayacaq? – “Reallıq belədir ki…”
"Orta ixtisas məktəblərini bitirən müəllimlərin stajlarına görə 5 dərəcə üzrə ortalama stavkaları yanvardan 562 manat, ali təhsilli müəllimlərinki isə 630 manata bərabərdir. Bu da o deməkdir ki, ölkədə hazırda müəllimlərin stavkası, yəni 18 saata aldıqları əmək haqqı ortalama 600 manatdır”.

Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. Təhsil eksperti müəllimlərin dərs saatının aşağı olmasına diqqət çəkib:

"Ölkədə 150-160 min arasında müəllim var. Məktəblərdə isə 75-80 min arasında sinif var. Demək ortalama hər 2 müəllimə 1 sinif düşür. I-XI siniflərdə hər sinifdə olmasa da, dərsdənkənar məşgələlərlə ən yaxşı halda 321 saat dərs var. Məktəblərdə dərs saatlarından daha az əmək haqqı verilən dərnək saatlarını da nəzərə alsaq, lap deyək bu 11 sinifdə 330 saat dərs var. Bu da ortalama hər sinifdə 30 saat dərsin olması deməkdir. Nəticə alırıq ki, bu gün hər müəllim ortalama bir stavkadan da az, ən yaxşı halda 15 saat dərs deyir.

15 saat üçün ortalama əmək haqqı və sinif rəhbərliyini də nəzərə alsaq, dövlət ödənişləri çıxılmadan 520 manat edir. Artımdan sonra məcburi dövlət ödənişləri çıxıldıqdan sonra isə ölkədə ortalama hər müəllim nağd şəkildə 400 manat ala biləcək. Bu o deməkdir ki, ölkədə müəlimlər arasında median əmək haqqı, yəni müəllimlərin yarısından çoxu minimum əmək haqqından cüzi miqdarda yüksək əmək haqqı ala bilir və onların yarısından çoxunun dərs yükü 12 saatdan aşağıdır”.

K.Əsədov müəllimlərin maaşının reallığa nəzər saldıqda artmayacağını deyib:

"Qısası, əslində müəllimin əmək haqqı 20 faiz artsa da, reallıqda artmayıb. Bəs çıxış yolu? Biz müəllimlərin əmək haqqından tutulmaları ləğv etməliyik. Yəni əmək haqqından tutulan vergini və digər tutulmaları aradan qaldırmaq lazımdır. Bu zaman müəllimlərimiz yazılmış əmək haqqını tam şəkildə ala biləcəklər”.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi - RƏSMİ

Nazirlər Kabineti "Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi B...

MİQ imtahanlarına buraxılmayanlarla bağlı yeni QƏRAR verilə bilər? - Ekspert AÇIQLADI

Son günlər bakalavr ixtisası fərqli, magistr təhsili müəllimlik olanların MİQ-də iştirak edə bilməməsi müzakirə obyektinə çevrilib. Bu baxımdan "Baza təhsili ol...

“Adam 4-5 il ərzində təhsil aldığı ölkənin dilini bilmirsə...” – Diplomlar niyə tanınmır?

Xaricdə təhsil alan bəzi şəxslərin diplomlarının tanınmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Diplomların tanınmamasına əsas kimi sərhəd keçmən...

Azərbaycanda ali məktəblərdə qış tətilinin müddəti 10 gün uzadıla bilər

"Omikron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə l...

“Magistraturaya hazırlaşan bakalavrlara ikinci şans verilməlidir...” – Kamran Əsədov

Magistraturaya qəbul imtahanının ikinci dəfə keçirilməsi ilə bağlı konkret qərar yoxdur. Bəzi şəxslər ötən il sərt karantin zərurəti ilə ikinci imtahan...

Azərbaycanda məktəblər bağlana bilər? - RƏSMİ AÇIQLAMA

Hal-hazırda 9 məktəb və 299 sinif distant təhsilə keçib Sfera.az xəbər verir ki,  bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur...