Millimizin İrlandiya sınağı

Millimizin İrlandiya sınağı

Bu gün 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda II turun oyunları keçiriləcək.

Sfera.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin mübarizə apardığı 1-ci qrupda 2 oyun baş tutacaq.

İrlandiyada çıxış edən Patrisiya Qonzalesin yetirmələri meydan sahibləri ilə görüşəcək. Matç Bakı vaxtı ilə 22:30-da başlayacaq. İlk oyununda Polşa ilə qolsuz heç-heçə edən yığmamız autsayderlə matçda qələbə qazanmağa çalışacaq.
 
Son turda Almaniya ilə görüşəcək komandamız xal hesabını artırmağa borcludur. Komandamız bunu bacarmasa, final mərhələsi şanslarını çətinə salacaq. Meydan sahibləri isə Almaniyaya məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacaq.
 
Qeyd edək ki, turun digər oyununda Almaniya ilə Polşa üz-üzə gələcəklər.
 
19 yaşadək qızlar arasında Avropa çempionatın elit-raundu
I qrup, II tur
7 aprel
 
17:30. Almaniya - Polşa
Baş hakim: Eleni Antoniou (Yunanıstan)
Dublin. "Belfild Boul"
 
22:30. İrlandiya - Azərbaycan
Baş hakim: Ana Miniç (Serbiya)
Dublin. "Tallagt" stadionu

1

Almaniya

1

1

0

0

1-0

3

2

Azərbaycan

1

0

1

0

0-0

1

3

Polşa

1

0

1

0

0-0

1

4

İrlandiya

1

0

0

1

0-1

0



OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...