Milli Şuradan cinsi azlıqlara görə istefa – Taleh Bağırzadə getdi

Milli Şuradan cinsi azlıqlara görə istefa – Taleh Bağırzadə getdi

Müsəlman Biriliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

Sfera.az-ın xəbərinə görə, bu barədə onun "Facebook” səhifəsində bəyanat yayılıb.

"Bildirmək istəyirəm ki, "cinsi azlıqlar” dinimizdə birmənalı olaraq qəbul edilmir və İslam dəyərlərinə tamamilə ziddir. Lakin iclasdan yayılmış görüntülərdən sonra Milli Şuranın üzvləri, başda Cəmil Həsənli və Əli Kərimli olmaqla "cinsi azlıqların” müdafiəsinə qalxmış, onlarla həmrəylik nümayiş etdirərək müsəlman xalqımızın dini inancını təhqir etmişdir. Yaranmış durumdan qaynaqlanaraq din məhbuslarının müdafiəçiləri, İslam dini və mənəvi dəyərlərimizin təbliğatçıları, hörmətli ziyalımız Eldəniz Quliyev, din xadimlərimiz Rövşən Əhmədli, Hacı İlqar İbrahimoğlu və Məşədi Natiq Kərimov haqlı olaraq etiraz səsini ucaltmış və qurumda olanlar oradan istefa vermişlər.

Mən Milli Şura üzvü olaraq bir daha bildirirəm ki, dırnaqarası cinsi azlıqlar dinimizdə birmənalı olaraq qəbul edilmir və onların müdafiəsi birbaşa dinimizə və mənəvi dəyərlərimizə həqarətdir! Milli Şura üzvlərinin belə şəxsləri müdafiəsi şəxsim və Müsəlman Birliyi Hərəkatı tərəfindən qəbul edilməzdir. Mən də yaranmış rüsvayçı vəziyyəti bağışlanmaz hesab edərək Milli Şuranı tərk etdiyimi bəyan edirəm”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perm Dövlət Universitetində baş vermiş silahlı insidentlə əlaqədar olaraq Rusiyaya başsağlığı verib. Sfera.az-ın x...

Prezident daha bir SƏRƏNCAM İMZALADI

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiq edilib. Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev...

“The Guardian”: Feysbuk trol səhifələrinin YAP-la əlaqəsi yoxdur

"The Guardian” Yeni Azərbaycan Partiyasının təkzib müraciətindən sonra "Facebook bizim kimi ölkələrlə maraqlanmır": Azərbaycan trol şəbəkəsi qadağadan bir ne...

"Dünən "Qarabağda vuruşmaq istəyirəm" deyənlər hamısı getsin anket məlumatlarını versin" - İlham Əliyev

"Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin r...

Milli Şuradan cinsi azlıqlara görə istefa – Taleh Bağırzadə getdi

Müsəlman Biriliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib. Sfera.az-ın xəbərinə görə, bu b...

"Üzr istəməsələr açıqlamamız başqa cür olacaq" - Arif Hacılı Milli Şuraya vaxt verdi

"Müsavatçılar Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuradan üzr gözləyirlər”.     Sfera.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Müs...