Metroda gediş haqqı 75 qəpiyə qaldırılır?

Metroda gediş haqqı 75 qəpiyə qaldırılır?
"Bakı Metropoliteni”nin açıqladığı maliyyə göstəricilərindən belə məlum olur ki,  şirkətin zərərdən çıxması üçün gediş haqqı 2 dəfədən çox artırılmalıdır.
 
Sfera.az bildirir ki, şirkətin 2019-cu ildə xərci 179 milyon manatdan, 2020-ci ildə 176 milyon manatdan çox olub. Ötən il xərclərin az olması metroda uzun müddət sərnişindaşıma xidmətinin həyata keçirilməməsi ilə bağlıdır. Əgər metro ilboyu sərnişinlərə xidmət göstərsəydi, o halda, xərclər 180 milyon manatı ötəcəkdi. 

Məlumatların təhlili göstərir ki, dövlət büdcəsindən ayrılan subsidiya nəzərə alınmadıqda metronun gəliri xərclərdən xeyli azdır. Şirkət 2019-cu ildə 74,6 milyon manat, 2020-ci ildə 25,16 milyon manat gəlir əldə edib. 2019-cu ildə gəlirin 68,9 milyon manatı sərnişindaşımadan, 5,7 milyon manatı əməliyyat gəlirlərindən ibarət olub. 

Gəlir və xərclər arasında olan fərq çox böyükdür. Aradakı fərqi qapamaq üçün metroda gediş haqqı ən azı 2,52 dəfə artırılmalıdır. Yəni, gediş haqqı 75 qəpik və ya ondan çox olmalıdır ki, metropolitenin əldə etdiyi gəlirlər xərclərini tam maliyyələşdirə bilsin. 

Gediş haqqının qısa müddətdə bu həddə çatdırılması isə real görülmür. Buna görə də metropoliten hələ uzun müddət zərərlə işləməlidir.

Vasif
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini açıqlayıb. Sfera.az-ın xəbərinə görə, dolların məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 1.87...

Türkiyə Mərkəzi Bankından Azərbaycan manatı ilə bağlı QƏRAR

Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi Türkiyə Mərkəzi Bankı tərəfindən "Ticarətə aid xarici valyutalar” siyahısında yer alıb. Sfera.az x...

Azərbaycanda siqaretlər bahalaşır

Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1000 ədədinə görə 38.5 manat olması müəyyən olunur. Sfera.az xəbər verir ki, bu barədə məsələ Vergilər Məcə...

Neft və qazın bahalaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək? - AÇIQLAMA

Azərbaycan müstəqillik əldə edəndən sonra istər neft olsun, istərsə də neft məhsulları valyuta gəlirlərinin formalaşmasında əsas amil olub. Hazırda da neft-qaz ...

SOCAR yanacağın qiymətinin artırılmasının səbəbini AÇIQLADI

Azərbaycanda "A-98 SUPER” və "A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır. Sfera.az xəbər verir ki, bunu çıqla...

Metroda gediş haqqı 75 qəpiyə qaldırılır?

"Bakı Metropoliteni”nin açıqladığı maliyyə göstəricilərindən belə məlum olur ki,  şirkətin zərərdən çıxması üçün gediş haqqı 2 dəfədən çox artırılmalıdır. ...