Məşhur professordan XƏBƏRDARLIQ: "Sosial şəbəkələr insanları axmaqlaşdırır"

Məşhur professordan XƏBƏRDARLIQ:
Britaniyalı alim, professor Cim Əl-Xəlili insanların yaxşı düşünmə qabiliyyətinin sosial mediaya görə zəiflədiyini və bunun beyin təkamülü üçün təhlükə yaratdığını açıqlayıb.
 
Sfera.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, son 20 ildə insanların hər hansı bir şeyə diqqət ayırma müddəti azalıb - 12 saniyədən 8 saniyəyə enib. 
İngiltərənin Surrey Universitetindən olan nəzəri fizik, professor Cim Əl-Xəlili  fokuslanma vaxtının azalmasının insan beyni üçün təhlükəli olduğunu izah edib: 
 
"Axmaqlaşdığımızı, düşünmə qabiliyyətimizin azaldığını deyə bilərik. İnsanlar bir mövzu haqqında dərindən düşünmək qabiliyyətini itirirlər. Çünki onlar eyni anda smart ekranlardan bir çox məlumat axını qəbul edirlər. Günümüzün insanları bir tvit və ya bir neçə dəqiqəlik videoya sığdırılmış məlumat parçaları ilə kifayətlənməli olurlar”.

Professor bildirib ki, fokuslanmamış ağıl heç bir mövzunun nüanslarını dərk etmir. 

"Ona görə də sağlam müzakirələr aparıla bilməz. Çox ciddi mövzular sosial şəbəkə paylaşımlarına yığılıb. Ancaq həyat və məsələlər daha mürəkkəbdir. Faktların mürəkkəb olduğunu etiraf etmək isə çoxlarına sərf etmir. İnsan beyninin təkamül inkişafı üçün texnologiya ilə əlaqəmizi yenidən nəzərdən keçirməliyik", - deyə Əl-Xəlili əlavə edib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

İlon Mask “Twitter”i almaqdan vazkeçdi? - Gözlənilməz açıqlama

Tesla və SpaceX-in baş direktoru İlon Maskdan "Twitter”lə bağlı diqqətçəkən açıqlama gəlib.   Sfera.az bildirir ki, iş adamı sosial media hesabındakı pay...

“Facebook” Suriya televiziyasının hesabını bağladı – Rusiyaya dəstək verdiyi üçün

"Facebook” Suriya Radio və Televiziya Korporasiyasının hesabını bağlayıb.     Sfera.az xəbər verir ki, yerli media mənbələri agentliyin hesabının...