Məşhur futbolçu həyat yoldaşına şiddət tətbiq etdi - Qandonduran FOTOLAR

Məşhur futbolçu həyat yoldaşına şiddət tətbiq etdi - Qandonduran FOTOLAR
Türkiyədə daha bir qadın şiddətin qurbanı olub.
 
Sfera.az bildirir ki, bu dəfə Fənərbaxça və Trabzonspor forması geyinən futbolçu Özer Hurmacının həyat yoldaşını döydüyü iddia olunub. Bu barədə Mihriban Hurmancı sosial media hesabından paylaşım edib. O, qanlar içində qalan üzünün fotosunu izləyiciləri ilə bölüşərək həyat yoldaşından şikayətçi olduğunu söyləyib.
 
"Hesabımdakı 500 lirə ilə ortada qaldım, amma önəmli deyil, səsimi eşitdirmək istəyirəm. Özer məni otağa sürüyərək əllərimə, üzümə zərbələr endirməyə başladı. Başımı şüşəyə vurdu, "səni öldürərəm” deyib təhdid etdi. Özümü güclə çölə atdım. Polisə gedib şikayət etdim”.

İdmançının həyat yoldaşı şiddətə səbəb olan hadisədən də söz açıb: 

"İçimdə bir şübhə var idi, Özerin telefonunu aldım və qadınlarla mesajlarını gördüm. Bunun hesabını soruşmaq üçün yanına getdim, əsəbiləşdi və döyməyə başladı. Polisə gedəndən sonra, xəstəxanaya da üz tutub şiddət gördüyümlə bağlı sənəd aldım. Hazırda həyat yoldaşım nəzarətə alınıb. O adam uşaqlarımın atası olduğu üçün pisləmək istəmirəm. Amma xəyanətə göz yummayacam və boşanacam. Uşaqlarım məni qanlar içində gördü, koridorda və divarda da qan izlərim var”.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

"Atom" İdman Klubu bu uşaqlar üçün sosial aksiya keçirdi - FOTOLAR

"Atom" İdman Klubunun rəhbərliyi sosial aksiyaya start verib.   Sfera.az xəbər verir ki, sözügedən aksiya ilə bağlı millət vəkili Elnur Allahverdiyev pa...

Fərid Qayıbov və Ülvi Quliyev karateçilərlə görüşdü - FOTOLAR

Aprelin 21-də gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev 01-03 aprel 2022-ci il tari...

Ronaldoya ağır itki üz verdi: Övladlarından birini itirdi - FOTO

İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Yunayted"in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo və sevgilisi Georgina Rodriguez yeni doğulan əkizl...

Əfsanəvi futbolçu indi döşəmələri süpürür - Paylaşdığı FOTOLAR fanatlarını kədərləndirdi

"Real Madrid"in canlı əfsanəsi İker Kasilyasın son paylaşımı pərəstişkarlarını kədərləndirib.   Sfera.az bildirir ki, infarkt keçirdikdən sonra futbolu t...

Abşeron rayonunda silsilə idman yarışları keçirildi - FOTO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "6 aprel-Beynəlxalq İdman Günü” münasibətiilə 6-10 aprel tarixlərində Bakı Dənizkəna...