Ronaldoya ağır itki üz verdi: Övladlarından birini itirdi - FOTO

Ronaldoya ağır itki üz verdi: Övladlarından birini itirdi - FOTO
İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Yunayted"in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo və sevgilisi Georgina Rodriguez yeni doğulan əkizlərindən birinin dünyasını dəyişdiyini açıqlayıb.
 
Sfera.az xəbər verir ki, 37 yaşlı Ronaldo və 28 yaşlı Rodriges oğullarının ölüm xəbərini "hər hansı bir valideynin yaşaya biləcəyi ən böyük ağrı" olaraq elan ediblər.

Əkizlərin biri -  qız sağdır. Cütlük qızlarının dünyaya gəlməsinin onlara "yaşamaq üçün bir az da güc verdiyini" deyib.

Cütlük sosial media hesablarında paylaşdıqları ortaq açıqlamada "Əziz oğlum, sən bizim mələyimizsən. Biz səni hər zaman sevəcəyik" başlıqlı paylaşım edib. 
"Mançester Yunayted" isə Ronaldonun ölüm xəbərini paylaşdığı "Twitter" səhifəsində "Ağrınız bizim ağrımızdır. Ailənizə və sizə səbir diləyirik" sözlərini paylaşıb.
Başsağlığı göndərənlər arasında İngiltərənin "Mançester Siti” və "Lids Yunayted” komandaları, həmçinin Premyer Liqa rəhbərliyi də var.

Ronaldonun ilk övladı kiçik Kriştiano 2010-cu ildə anadan olub. 2017-ci ildə əkizlər Eva və Mateo dünyaya gəldi. Ronaldo və Rodrigesin Alana Martina adlı qızı da 2017-ci ildə anadan olub.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR