Məşhur alman: "Mançester Yunayted"də futbolçular Ronaldodan qorxur"

Məşhur alman:
Almaniyanın məşhur veteran futbolçusu Ditmar Haman Kriştiano Ronaldo ilə bağlı maraqlı açıqlamalar verib.

Sfera.az xəbər verir ki, "Metro"ya danışan 48 yaşlı mütəxəssis hazırda "Mançester Yunayted"in formasını geyinən portuqaliyalı ulduzdan qorxan futbolçuların olduğunu deyib.

"Liverpul", "Mançester Siti", "Nyukasl" kimi Premyer Liqa klublarının formasını geyinmiş Haman "Mançester Yunayted”in soyunub-geyinmə otağında iğtişaşlar olduğunu iddia edib:

"Mançester Yunayted"də Ronaldo ilə bağlı suallar var. Bəzi oyunçuların ondan qorxması ilə bağlı narahatlıqlar mövcuddur. Klubun bir şəxsiyyətə sahib olduğunu düşünmürəm. Bu, oyunçuların kluba qoşulmasını çətinləşdirir. Hazırda vəziyyət belədir".

Mövsümün əvvəlində "Mançester Yunayted"ə transfer olunan Kriştiano Ronaldo indiyədək komandası ilə 26 oyun keçirib, 14 qola və 3 məhsuldar ötürməyə imza atıb. İngiltərə Kuboku və Liqa Kuboku ilə vidalaşan "Mançester Yunayted” 23 oyundan sonra 39 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşıb".
 
(Qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...