Məşhur aktrisadan ŞOK SÖZLƏR: “Evimi rəfiqəm dağıtdı, bulvarda kolların dibində gecələdim”

Məşhur aktrisadan ŞOK SÖZLƏR: “Evimi rəfiqəm dağıtdı, bulvarda kolların dibində gecələdim”
"Həmişə rol alanda çox ciddiləşirəm. Fikrimi-zikrimi həmin rola, obrazın mahiyyətini açıb göstərməyə çalışıram. Hiss etmirəm ki, ya səhnədəyəm, ya da çəkiliş meydançasında. Elə bilirəm ki, bu hadisə mənim başına gəlib, obrazımın yox. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışmışam, teatrda bir-birindən maraqlı xarakterlərə həyat vermişəm. Hal-hazırda isə "Bir qadın" serialında çəkilirəm. Gənclərlə çalışmağın özü də bir gözəllik, təravətdir".
 
Sfera.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Sona Babayeva deyib.
 
O daha sonra çətin keçən uşaqlıq illərindən danışıb:
 
"Ata-anamı erkən itirdiyimə görə uşaq evində böyümüşəm. Uşaq evində heç vaxt əziyyət çəkməmişəm, hətta deyərdim ki, ən gözəl illərimi burada yaşamışam. Mənim Ağalarova Bahar adlı bir müdürəm var idi. O özü də çətinliklə böyüdüyündən bizi çox yaxşı başa düşürdü. Biz ona Bahar xanım yox, "anacan" deyirdik. Bir dəfə anasızlığımdan şikayətlənəndə, mənə dedi ki, Soniçka, sən heç kəsə demə ki, sənin anan yoxdur. Mən sənin ananam. 10-cu sinifi bitirəndən sonra sənədlərimi İncəsənət Universitetinə verdim. O vaxt belə idi ki, universitetə daxil olandan sonra sən uşaq evindən çıxmalı idin. Heç kimim də yox idi, hara gedim?! Dərsim 2-ci növbə başlayırdı, dərsdən çıxandan sonra kafedə yemək yeyib, axşam bulvara gəlirdim. Görürdüm ki, insanlar seyrəkləşdi, kolların arasına girib yatırdım. Daha sonra gördüm ki, soyuqlar düşür, çöldə dözə bilmirəm. Gəlib universitetdə uşaqlara dedim ki, mən universitetdən çıxıram. O vaxt bizim kursda məşhur sənətkarlar oxuyurdu. Şahmar Ələkbərov dedi ki, gedək bizdə qal, Həsən Əbluc da dedi ki, gedək bizə. Hərəsində 1 ay qaldım. Daha sonra Ağaxan Salmanlı müəllimin istəyi ilə mənim üçün 1 otaqlı kirayə ev tapdı. Bu günümə, yaşayışıma şükürlər olsun".
 
Sona Babayeva şəxsi həyatından da danışıb:
 
"Sevib ailə həyatı qursam da, ailəm rəfiqəm tərəfindən dağıldı. Yoldaşım mənə onunla xəyanət etdi, mən bu xəyanəti götürmədim. Oğlumu tək böyütdüm, toyunu da teatr etdi".
 

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...