Məktəblərdə yoluxmanın artmaması üçün... - İnfeksionist

Məktəblərdə yoluxmanın artmaması üçün... - İnfeksionist
Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət həyata keçirilməlidir.

Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, məktəblərin açılması təmasların artımına gətirib çıxaracaq ki, bu da yoluxma hallarının sayının artmasına səbəb ola bilər: "Bunun baş verməməsi üçün müəllim heyətinin əksəriyyəti vaksinasiya olunmalı və məktəblərdə tədris Nazirlər Kabinetinin hazırladığı xüsusu təlimat əsasında aparılmalıdır. Bu məsələdə ciddi nəzarətin olması önəm daşıyır”.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə 643 333 nəfər şagird ənənəvi tədrisə başlayıb.

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.
 
(Trend)


OXŞAR XƏBƏRLƏR

Nazir direktorların görüntülərindən danışdı: "Bu videoların yayılması..."

"Fikrimcə, məsələ göstərildiyi qədər faciəvi deyil. Azərbaycan məktəblərinə bir milyon altı yüz min şagird gedir. 30 min şagirdimiz olimpiadada iştirak etdi. O ...

Məktəbli formaları ilə bağlı TƏKLİF

Azərbaycanda idman tərzində yeni məktəbli formaları istifadəyə verilə bilər. Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Tekstil Fabrikinin rəhbəri Sə...

Bu tarixdən tələbə və müəllimlərin yeni tələbə uyğun COVID sertifikatı olmalıdır

Gələn il fevralın 15-dən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsind...

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilə bilər - VİDEO

"Bakı Tekstil Fabriki" MMC yeni məktəbli formaları hazırlayıb. Yüngül, rahat və isti olan bu formalardan, hələ ki, ölkəmizdə litseylərdə təhsil alan və regionla...

Məktəblərdə yoluxmanın artmaması üçün... - İnfeksionist

Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət həyata keçirilməlidir. Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar E...

Misir Mərdanovun direktor olduğu institutun adı DƏYİŞDİRİLİR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Sfera.az-ın xəbərinə görə, toplantıda AMEA-nın Riyaziyyat və Mex...