“Məktəblərdə dərsə davamiyyət aşağı düşüb” – Kamran Əsədov

“Məktəblərdə dərsə davamiyyət aşağı düşüb” – Kamran Əsədov
"Son günlər apardığımız müşahidələr əsasında deyə bilərəm ki, məktəblərdə davamiyyət aşağı düşüb”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
 
Müsahibimiz qeyd edib ki, hər il qış aylarında hava şəraitinin kəskin dəyişməsi və güclü qarın yağması ilə bağlı bəzi valideynlər övladlarını məktəbə göndərmir və bu da ümumitəhsil məktəblərində davamiyyətin ciddi şəkildə aşağı düşməsinə səbəb olur:

"Burada diqqəti cəlb edən bir neçə nüans var. Birincisi, paytaxtda yerləşən məktəblər yaşayış yerlərinə yaxındır və şagirdlərin məktəbə getməsində nəqliyyat problemi bütün hava şəraitində o qədər də yaşanmır. Lakin valideynlər bəzən ciddi səbəb olmasa belə, soyuq hava şəraitində övladlarını dərsdən yayındırırlar. Regionlarda məktəblilər ağır şərtlərlə dərsə davamlı olaraq gedirlər. İkincisi, orta məktəblərdə pandemiya səbəbindən dərslər bir az gec başladı. Hava şəraiti və mütəmadi məktəblərdə yoluxmalara görə dərslərin buraxılma halları yaşandı. Yaxşı olardı ki, "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi"nə redaktə xarakterli dəyişiklik edilsin və hava şəraiti normal tədrisin aparılamasına uyğun gəlmədiyi günlərdə orta məktəblər müstəqil şəkildə tədrisi dayandırmaq səlahiyyətinə sahib olsunlar. Hava şəraitinə görə dərslərin dayandırıldığı günlər növbəti həftələrin dərs olmayan şənbə, bazar və bayram günləri ilə əvəz olunsun”.

Ekspert bildirib ki, aşağı səviyyədə davamiyyətlə tədrisin davam etdirilməsi o qədər də effektiv deyil:

"Çünki, şagirdlər bu zaman dərsdən geri qalırlar. Hətta bəzən belə havalarda müəllimlər belə dərsə gələ bilmirlər. Lakin onlar proqrama uyğun olaraq bu dərsi keçmiş kimi qeyd edib, dərsə gəldikləri zaman yeni mövzuya keçirlər. Bundan başq,  kəskin hava şəraiti bir məsələni də gündəmə gətirir. Artıq 2 ilə yaxındır ki, pandemiya səbəbindən  Azərbaycanda Təhsil Nazirliyi nəzdində elektron təhsil resurslarının yaradıb. Eyni zamanda distant – məsafədən təhsil haqqında qərarlar verilib və dövlət büdcəsində kifayət qədər vəsait ayrılıb. Belə hava şəraitində alternativ tədris vasitələrindən istifadə edib normal tədrisi davam etdirmək olar.  Bildiyiniz kimi, sənəd üzərində ilk növbədə dərslərin hamısında müasir texnologiyalardan istifadə olunur. Ağıllı lövhələrdən istifadə edilir, dərslər prezentasiya şəklində izah olunur, dərslərin daha maraqlı və izahlı keçməsi üçün müəllimlər tərəfindən slaydlar hazırlanır. Bu baxımdan təklif etmişəm ki, uşaqlar dərsə getmədən pandemiya dövründə yaradılmış resurslardan istifadə etsinlər”.
 
K.Əsədov son olaraq əlavə edib ki, hava şəraitinə görə məktəblərdə tətilin davamı haqqında elan verilməsi o qədər də ciddi problemə səbəb olmaz: "Çünki, dünya təcrübəsində hava şəraiti şagirdlərin normal dərsə gəlməsinə imkan verməyəndə yerli icra orqanalrı ilə razılaşdırılma əsasında dərslər dayandırılır”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi - RƏSMİ

Nazirlər Kabineti "Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi B...

MİQ imtahanlarına buraxılmayanlarla bağlı yeni QƏRAR verilə bilər? - Ekspert AÇIQLADI

Son günlər bakalavr ixtisası fərqli, magistr təhsili müəllimlik olanların MİQ-də iştirak edə bilməməsi müzakirə obyektinə çevrilib. Bu baxımdan "Baza təhsili ol...

“Adam 4-5 il ərzində təhsil aldığı ölkənin dilini bilmirsə...” – Diplomlar niyə tanınmır?

Xaricdə təhsil alan bəzi şəxslərin diplomlarının tanınmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Diplomların tanınmamasına əsas kimi sərhəd keçmən...

Azərbaycanda ali məktəblərdə qış tətilinin müddəti 10 gün uzadıla bilər

"Omikron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə l...

“Magistraturaya hazırlaşan bakalavrlara ikinci şans verilməlidir...” – Kamran Əsədov

Magistraturaya qəbul imtahanının ikinci dəfə keçirilməsi ilə bağlı konkret qərar yoxdur. Bəzi şəxslər ötən il sərt karantin zərurəti ilə ikinci imtahan...

Azərbaycanda məktəblər bağlana bilər? - RƏSMİ AÇIQLAMA

Hal-hazırda 9 məktəb və 299 sinif distant təhsilə keçib Sfera.az xəbər verir ki,  bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur...