Məktəbdə rüşvət QALMAQALI: “Nəvəmi məktəbdən qovurlar” - AÇIQLAMA

Məktəbdə rüşvət QALMAQALI: “Nəvəmi məktəbdən qovurlar” - AÇIQLAMA
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbdən şikayət var.
 
Nəvəsi sözügedən məktəbdə təhsil alan Əli Əzizli iddia edib ki, məktəbin direktoru Fərəh Hüseynova şagirdlərdən pul tələb edir:
 
"Rüşvət vermədiyim üçün nəvəmi məktəbdən qovurlar”.
Paytaxtdakı 141 nömrəli tam orta məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 29.05.2022-ci il tarixində (bazar günü) məktəbin 3a sinfinin valideynləri uşaqlarla birgə şəhid Tağıyev Nurağa Davud oğlunun ailəsini ziyarət etmək üçün Xaçmaz rayonuna getməyi planlaşdırıblar:

"Bununla əlaqədar həmin sinfin iki valideyni arasında fikir ayrılığı və mübahisə yaranıb.

Valideynlərdən birinin atası 17.05.2022-ci il tarixdə videoçəkilişlə məktəbə gəlib və əsassız səs-küy salıb, məktəbin işçiləri ilə münaqişə yaratmağa cəhd edib, tədris prosesinin gedişinə mane olmağa çalışıb.
 
Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə müraciət olunub.
Onu da bildiririk ki, valideynlərin təşəbbüsü ilə nəzərdə tutulan məktəbdənkənar tədbirlərə məktəbdən müdaxilə olunmur. Həmin sinifdə və ümumiyyətlə, məktəbdə heç bir vəsait toplanması olmayıb.
Həmin şəxslə (valideynin atası ilə) müvafiq söhbət aparılıb, məsələnin yalnız 2 valideyn arasında yaranmış mübahisə olduğu dəqiqləşdirilib, valideynlərə müvafiq tövsiyələr verilib”.
 

OXŞAR XƏBƏRLƏR

Vəkil olduğu deyilən qadının döyülməsi xəbəri haqda - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsinə dair məlumatlar yayılıb. Sfera.az xəbər verir ki, məlumatda Vəkillər Kollegiyas...

Toy günü nişanlısını qoyub Türkiyəyə qaçan Əməkdar artist - Səhnəmizin Nargiləsi

Aktrisa, Əməkdar artist Məlahət Abbasovanın ad günüdür. Sfera.az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir. Məlahət Elman...

Filarmoniya gecə klubuna çevrilib - VİDEO

"M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində "UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üç...

Azərbaycanda bu şəxslər 9 min manatadək cərimə olunacaq

İnsan orqanlarının alqı-satqısına görə cərimələrin artırılması təklif olunur. Sfera.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləc...

Bakıdakı güclü yanğınla bağlı RƏSMİ MƏLUMAT - VİDEO / YENİLƏNDİ

Paytaxtın Xətai rayonunun S.Mehmandarov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın...

Kəmaləddin Heydərov onu işdən ÇIXARDI

Fövləladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinə birinci müavini təyin edib. Qaynarinfo.az-a FHN-...