Mehriban Əliyeva: "Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, humanitar əlaqələr inkişaf edir" - FOTO

Mehriban Əliyeva:

Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban ƏliyevaFransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez ilə görüşüb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Birinci xanım Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini, hər iki ölkənin dövlət başçılarının yüksək səviyyəli görüşlərinin bu əlaqələrin daha da möhkəmlənməsinə töhfə olduğunu bildirdi. Azərbaycanda çoxlu sayda Fransa şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edən Mehriban Əliyeva humanitar sahədəki əməkdaşlığı xüsusi vurğuladı.

Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva, eyni zamanda, Azərbaycan və Fransa qanunverici orqanları arasında yaxşı əlaqələrin qurtulduğunu da diqqətə çatdırdı.

Heydər Əliyev Fondunun prezidenti Fondun dəstəyi və təşəbbüsü ilə Fransada bir çox layihələr reallaşdırıldığını, bu layihələrin xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyini vurğuladı. Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfiri Orelia Buşezin dəstəyi ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi.

Azərbaycanın birinci xanımı ilə görüşməkdən şərəf duyduğunu deyən Fransanın ölkəmizdəki diplomatik missiyasının rəhbəri Azərbaycan- Fransa münasibətlərinin güclü olduğunu diqqətə çatdırdı. Orelia Buşez iki ölkə arasında inkişaf etməyən sahənin olmadığını bildirdi.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edi...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutdu- RƏSMİ

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxı...

Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO

Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları  sistemi satmağı dayandırmışdı. Sfera.az xəbər...

Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vurdu

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensi...