“Media kapitanlarına qonaqlıq verməklə deyil...” – Ekspertdən Təhsil Nazirliyinə sərt ittihamlar

“Media kapitanlarına qonaqlıq verməklə deyil...” – Ekspertdən Təhsil Nazirliyinə sərt ittihamlar
 

"Orta məktəblərdə müxtəlif adlar altında şagirdlərdən pul yığılması davam edir. Görünən odur ki, prosesdə Təhsil Nazirliyinin özünün marağı var”.


Sfera.az-a açıqlamasında bu sözləri dəfələrlə deyilməsi və yazılmasına rəğmən orta məktəblərdə müxtəlif bayram günlərində şagirdlərdən pul yığımı kimi neqativ halın davam etməsinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.

 

Onun dediyinə görə, cəzasızlıq mühiti belə vəziyyətin kütləvi xarakter almaqda davam etməsinə gətirib çıxarıb:

 

"Təəssüf ki, Təhsil Nazirliyi təhsildə baş verən neqativ hallara müdaxilə etmir. Onlar öz işlərini hansısa ağacəkmə kampaniyası keçirmək, yaxud da media kapitanlarını yığıb qonaqlıq verməklə bitmiş hesab edirlər. Bu yolla da medianın təhsildə yaranan neqativ hallardan yazmasına son qoymaq istəyirlər. Yəni, xəstəliyi müalicə etmək əvəzinə, sadəcə onu cəmiyyətdən uzaqlaşdırmağa çalışırlar. Təhsildə baş verən neqativ halların başında qeyri-qanuni pul yığımı prosesi dayanır. Hazırda X-XI-ci sinifdə oxuyanların əksəriyyəti dərsə demək olar ki, gəlmir. Direktorlar onlardan aylıq pul almaqla repetitorların yanına getmələrinə şərait yaradır.

 

Ekspertin sözlərinə görə, cəzasızlıq və məsuliyyətsizliyin nəticəsidir ki, orta məktəblərdə müxtəlif bayramlar ərəfəsi şagirdlərdən pul yığımı kimi neqativ hallar hələ də davam edir:

 

"Prosesin qəbuledilməz tərəfi də odur ki, 8 mart bayramı ərəfəsi imkansızlıqdan pul verə bilməyən və yaxud az verən valideynlərə qarşı müəllimlər iyrənc hərəkətlərə yol verirlər. Təhsil Nazirliyi mediaturlara, mənasız tədbirlərə ayırdığı pulları müəllimlər arasında bölüşdürsə, onlar da şagirdlərin cibinə baxmaz. Yaxud da bu tipli əhəmiyyətsiz tədbirlərə xərclənın pulla dağılmış, qəzalı vəziyyətdə olan məktəbləri təmir etdirmək olar. Lakin Təhsil Nazirliyi orta məktəblərdə hökm sürən bu kimi neqativ halların qarşısını almaq üçün heç bir iş görmür. Fakt var və ona əsasən də cəza mexanizmi tətbiq edilməlidir. Məktəblərdə hökm sürən bu neqativ hal təhsilin keyfiyyətinə, uşaqların psixologiyasına da pis təsir göstərir. Əsasən də pul yığımı prosesi ibtidai siniflərdə baş verir, burada valideynlərə təzyiq göstərirlər. Aydın şəkildə görünür ki, prosesin belə davam etməsində Təhsil Nazirliyinin özünün də marağı var. Elə olmasaydı onlar anonim sorğularla razılaşardılar. Ancaq nazirlik bu istiqamətdə anonim müraciətləri qəbul etmir. Kifayət qədər valideyn məktəbdə pul yığılması ilə bağlı şikayət etsə də, nazirlik, təhsil idarələri məktəbi, müəllimi cəzalandırmaq əvəzinə, həmin məktəbdəki uşaqları cəzalandırıb.Ona görə də həmin neqativ hallar davam edir. İndiyə kimi heç bir məktəb direktoru qanunsuz pul yığımına görə cəzalandırılmayıb. Cəzasızlıq mühiti bu halların kütləvi olaraq qalmasına gətirib çıxarır. Deməli, təhsilin yuxarı pilləsində dayananların burada öz maraqları var. Ona görə də həmin hallara göz yumurlar”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Helikopter qəzası ilə bağlı suallara generaldan cavab - "Əgər biz tələsərək bu elanı etsəydik..."

Faciəvi fəlakətdən - Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzasından və 14 yüksək vəzifəli zabitin həlak olmasından bizi artıq bir həftə ayırır. Tə...

Ali Baş Komandan: “Müharibə hələ bitməyib”

"Bu gün hərbi hissə ilə tanışlıq mənə çox xoş təəssürat bağışladı. Son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımi şərai...

“Media kapitanlarına qonaqlıq verməklə deyil...” – Ekspertdən Təhsil Nazirliyinə sərt ittihamlar

  "Orta məktəblərdə müxtəlif adlar altında şagirdlərdən pul yığılması davam edir. Görünən odur ki, prosesdə Təhsil Nazirliyinin özünün marağı var”. ...

Özünü türkçü sayan, qızılı sevməyən, antik silah və maşın həvəskarı Mübariz Mənsimov necə milyonçu oldu?

"Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov 1968-ci il martın 22-də Bakıda anadan olub. Türkiyə vətəndaşlığı aldıqdan sonra Mübariz Mənsimov Qurbanoğlu...

“Gəncə hadisəsinin kökündə nə dayanır, demək çətindir”

Sfera.az vaxtilə Gəncə şəhərinin icra başçısı olan, hazırda Səbail rayonunun başçısı vəzifəsini icra edən Eldar Əzizovun "Yeni Müsavat”a verdiyi müsahibəni təqd...

“Brus Uillislə çəkiliş üçün cəmi 10 saat vaxtımız var idi” – MÜSAHİBƏ

Baxdığımız reklamların son nəticəsi ilə yanaşı, reklama hazırlıq prosesi, səhnə arxası məqamlar, çəkilişdə yaşanılan anlar da hər zaman izləyicilərə maraqlı gəl...