MEDİA çap məhsullarının ƏDV-dən azad edilməsi ilə bağlı qərara münasibət

MEDİA çap məhsullarının ƏDV-dən azad edilməsi ilə bağlı qərara münasibət
"Ötən il dekabr ayının 3-də Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilmiş, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar müvafiq dəyişikliyə dair siyahının təsdiq olunması Nazirlər Kabinetinə həvalə olunmuşdu".

Sfera.az xəbər verir ki, bunu Media Agentliyinin nümayəndəsi Elşən Ağayev deyib.

O xatırladıb ki, bununla bağlı bu gün – mayın 13-də Baş nazir müvafiq qərar imzalayıb:

"Bu qərar çap mediası məhsullarının maya dəyərinin və onların istehsal xərclərinin ciddi şəkildə azalmasına, nəticədə bu sahədə fəaliyyət göstərən subyektlərin inkişafına təkan verəcək. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə əsası qoyulan çoxşaxəli və kompleks tədbirlər çərçivəsində media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi və onların inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Medianın İnkişafı Agentliyi olaraq Prezidentin müvafiq Fərmanından və "Media haqqında” Qanunda əks olunan müddəlardan irəli gələn, media subyektlərinin işinin təkmilləşdirilməsinə və onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə yönələn layihələrimizi həyata keçirməyə davam edirik".

E.Ağayev bildirib ki, Medianın İnkişafı Agentliyi tərəfindən həm çap mediası məhsullarının yayımını həyata keçirən şirkətlərin, həm də çap mediası subyektlərinin irəli sürdüyü təkliflərə hər zaman həssas yanaşılıb və operativ reaksiya verilib:

"Bu ilin mart ayında Agentlikdə çap mediası subyektlərinin, eləcə də yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilmişdi. Görüşün əsas məqsədi çap mediası məhsullarının yayım sahəsindəki mövcud vəziyyətin təhlili, yayım prosesinin səmərəliliyinin artırılması və bu sahəyə dair mövcud normativ hüquqi aktların müddəalarının izah edilməsi idi. Həmin görüşdə də hazırda ölkədə çap mediası sahəsində mövcud olan çatışmazlıqlar və onların aradan qaldırılması istiqamətində məhz yuxarıda qeyd etdiyimiz Fərmanın xüsusi rolundan bəhs edilmişdi. Beləliklə, əminliklə söyləmək olar ki, Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və bu gün imzalanan qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığını və vahidliyini təmin edəcək, bu sahədə fəaliyyət göstərən subyektlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək".

Xatırladaq ki, Nazirlər Kabineti idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısını təsdiq edib. (Report)
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...