Marsda ilk tarixi uçuş - FOTO

Marsda ilk tarixi uçuş - FOTO
Amerika Milli Kosmik Araşdırma Agentliyinin (NASA) Marsdakı "İngenuity” adlı kəşfiyyat helikopteri ilk yoxlama uçuşunu uğurla reallaşdırıb.

Sfera.az xəbər verir ki,  NASA-nın "Perseverance” adlı aparatla Marsa göndərdiyi 1,8 kq-lıq mini helikopter ilk yoxlama enmə və qalxma uçuşunu edib. Helikopter 30 saniyə müddətinə 3 metr hündürlükdə uçub. Kaliforniyadakı mərkəzdən uçuşa nəzarət edilib. Mini helikopterin görüntüləri ictimai şəbəkədə paylaşılıb.

Qeyd edək ki, "Perseverance” 2020-ci il iyunun 20-də ABŞ-ın Floridadakı "Cape Canaveral” Kosmik Stansiyasından buraxılıb. Aparat 7 ay müddətinə 470 milyon km-lik yol qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib.


OXŞAR XƏBƏRLƏR

İlin ilk Ay tutulması başa çatdı - VİDEO

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Sfera.az xəbər verir ki, bu, tam Ay tutulması olub. Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də son...

NASA kosmosa çılpaq insan şəkilləri göndərəcək - FOTO

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsində (NASA) çalışan elm adamları yadplanetliləri cəlb etmək ümidi ilə kosmosa çılpaq insan şəkli göndərməy...

Sürücüsüz taksilər fəaliyyətə başlayır – FOTO

Çində sürücüsüz taksilərə icazə verilib.     Sfera.az xəbər verir ki, texnologiya şirkəti "Baidu Inc” və "Toyota” tərəfindən dəstəklənən "Pony.ai”...

“WhatsApp”a istifadəçiləri əyləndirəcək yenilik gəldi - FOTOLAR

"WhatsApp”ın "iOS” versiyasında olan yeni emojilər artıq "Android”lərdə də istifadə oluna biləcək. Sfera.az xəbər verir ki, bu barədə "Haber Global” xəbər...

Türkiyə milli avtomobilini ABŞ-da nümayiş etdirdi - FOTOLAR

Türkiyənin milli avtomobili olan TOGG dünyanın ən böyük istehlak elektronikası ticarət sərgisi - "CES 2022”də nümayiş etdirilib.   Sfera.az xəbər verir k...

Çin Dünyanın ilk iki oturacaqlı döyüş təyyarəsini hazırlayır - FOTO

Çin daha bir ilkə imza atıb.   Sfera.az bildirir ki, sözügedən ölkə dünyanın ilk iki oturacaqlı 5-ci nəsil döyüş təyyarəsini hazırlayıb. "The Military Wa...