Manafdan şok açıqlama: "Mən ayda 1-2 dəfə Füzuliyə gedirəm"

Manafdan şok açıqlama:
Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev Füzuliyə gedərək oradan video paylaşıb. Bu paylaşımdan sonra sosial şəbəkələrdə müğənninin bahalı avtomobillə Füzuliyə səfəri müzakirələrə səbəb olub. Tənqidlərdən sonra M. Ağayev həmin paylaşımını silib.

Sfera.az xəbər verir ki, ötən gün müğəninin Füzuliyə getməsi haqda məsələyə aydınlıq gətirmək üçün azxeber.com Manaf Ağayevlə əlaqə saxlamışdı. 

Müğənni Füzuliyə ayda bir-iki dəfə getdiyini bildirib:

"Mən elə ayda bir dəfə, iki dəfə gedirəm. Nə bahalı avtomobil? Öz maşınımla getmişəm, 4 ildi bu maşın məndədir, gedin ayrı tema tapın".

Açıqlamadan məlum olur ki, bu, Manaf Ağayevin Füzuliyə ilk səfəri deyil. Müğənni bundan əvvəl də Füzulidə olub.

Qeyd edək ki, ötən gün axşam Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib:

"Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar.

Bununla bağlı onların izahatları alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

OXŞAR XƏBƏRLƏR

Manaf Ağayevin üzr videosunun yayılmaması ilə bağlı AÇIQLAMA: Xahiş etdi ki... + VİDEO

Son günlər Manaf Ağayevin video görüntülərinin çəkilməsi və yayılmaması ilə bağlı məsələ gündəmi zəbt edib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöb...

Manafdan şok açıqlama: "Mən ayda 1-2 dəfə Füzuliyə gedirəm"

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev Füzuliyə gedərək oradan video paylaşıb. Bu paylaşımdan sonra sosial şəbəkələrdə müğənninin bahalı avtomobillə Füzuli...

İlhamə Quliyevanın sərvəti kimlərin əlinə keçib? - Müğənnidən iddialar

"Mən əvvəldən demişəm, İlhamədən kim nə oğurlayıbsa, fərq etməz mən tərəfdən, ya onların, kim olur-olsun, gec-tez burnundan gələcək”. Sfera.az xəbər verir...

Manafdan Vasif Məhərrəmliyə cavab: “Mənim bütün nəslim, köküm...”

"Mənim səs tempim başqa müğənnilərdən fəqlənir, şirindir, yanıqlıdır, zərbəlidir, səsimin ahəngi var”. Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlam...

"Bu aparıcılar və müğənnilər mavidir, geydir" - Elşad Xose sirləri açdı

"Qonağın, aparıcının, prodüserin, stilistin və hamısı geydi. Kimlə gəlib verilişdə söhbət edəsən? Və orda gəlib nə barədə danışasan”. Sfera.az Lent.az-a i...

Roza Zərgərliyə vəzifə verildi

Müğənni Roza Zərgərliyə yeni fəaliyyətə başlayacaq "Kanal S"də vəzifə verilib. Sfera.az xəbər verir ki, sənətçi telekanalın baş prodüseri vəzifəsini icra ...