“Location”dakı partlayışda məşhur şirkətin meneceri də ağır yaralanıb - VİDEO

“Location”dakı partlayışda məşhur şirkətin meneceri də ağır yaralanıb - VİDEO
"Location” klubundakı partlayış zamanı daha bir əcnəbinin xəsarət aldığı müəyyənləşib.

Sfera.az xəbər verir ki, hadisə zamanı "Location” klubla üzbəüz "Room” restoranın qarşısında dayanan italiyalı iş adamı Miçelle Balleri ağır yaralanıb.

Məlum olub ki, o, Bakıda fəaliyyət göstərən tanınmış neft şirkəti "Saipem”in əməkdaşıdır. İlkin məlumata görə, M.Balleri 8 ilə yaxındır Azərbaycanda çalışır və şirkətin rəhbər şəxslərindən biridir.

Başından xəsarət alan Miçelle Ballerinin müalicə üçün İtaliyaya göndərildiyi bildirilir.
 


Hadisə zamanı "Room” restoranının önündə dayanan italiyalı mühəndisin başına partlayışın təsirindən qoparaq uçan taxta dəymişdi. Həmin anın görüntüləri "Room” restoranının təhlükəsizlik kameralarına da düşmüşdü.

Qeyd edək ki, "Saipem” şirkəti Azərbaycanda BP-nin əsas podratçılarından biridir. (Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Yol kənarında faciəvi şəkildə ölənlər maşını imsak üçün saxlayıblarmış... - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az-ın xəbərinə görə...

“Location”dakı partlayışda məşhur şirkətin meneceri də ağır yaralanıb - VİDEO

"Location” klubundakı partlayış zamanı daha bir əcnəbinin xəsarət aldığı müəyyənləşib. Sfera.az xəbər verir ki, hadisə zamanı "Location” klubla üzbəüz "Ro...

Partlayış olan klubdakı müğənni baş verən hadisədən danışdı: “Gözümü açdım ki...” - VİDEO

Aprelin 3-də baş verən partlayış zamanı "Location” klubda olan müğənni Nicat Məhərrəmov yaşadıqlarını danışıb.  Sfera.az xəbər verir ki, ATV-yə ...

Gecə klubundakı partlayışda ölən şəxsin kimliyi bəlli oldu – RƏSMİ

Azərbaycan Respublikası Baş Prokurorluğu Bakıdakı gecə klublarından birində baş vermis partlaşıyla bağlı açıqlama yayıb. Sfera.az-a daxil olan açıqlamada ...

Keçmiş məmurun qızı da partlayış yerində olub

Tanınmış bloger Aysel Şükürova bu gün partlayış baş verən "Location Baku" gecə klubunda olub. Sfera.az xəbər verir ki, blogerin keçmiş həyat yoldaşı Oqtay...

Xalq artisti vəfat etdi - FOTO

Xalq artisti Zülfüqar Abbasov vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə report-a Xalq artistinin yaxınları məlumat verib. Bildirilib ki, o, uzu...