"Lazımsız antibiotik istifadəsi uşaqlarda..." - Həkim-pediatr

Azərbaycanda son həftələr uşaqlar arasında qrip virusu intensivləşib. Uşaqlarda yüksək qızdırma, boğaz və baş ağrısı, iştahasızlıq, bəzi hallarda qusma və s. simptomlar müşahidə edilir. Övladlarında həmin şikayətləri müşahidə edən valideyn müraciətlərinin sayı artıb. Bu, ölkədə uşaqlar arasında qrip virusunun geniş yayıldığının göstəricisidir. Əslində, qış aylarında qripin, yəni "influenza"nın yayılması normal haldır. Ötən il yeni növ koronavirus (COVID-19) pandemiyasına görə qapanmalar tətbiq olunduğu üçün ünsiyyət az idi və bu uşaqların qrip virusuna sürətlə yoluxmasının qarşısını almışdı.

Sfera.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov məlumat verib.

Həkim-mütəxəssis bildirib ki, cari tədris ilində orta ümumtəhsil məktəbləri və bağçalarda ənənəvi tədrisin bərpası, həmçinin tədbirlərin təşkilinə icazə verilməsi uşaqlar arasında təmasın artmasına səbəb olub: "Ona görə də "influenza" virusu həm böyüklər, həm də uşaqlar arasında geniş yayılmağa başlayıb. Test müayinələrinin nəticələri hazırda geniş yayılan xəstəliyin məhz "influenza" infeksiyasının A ştamı olduğunu deməyə əsas verir. Həqiqətən də, qrip virusunun həmin ştamı ilə yoluxan uşaqlar çox narahat olurlar. Uzun müddət davam edən qızdırma və halsızlıq xəstəliyin əsas simptomlarıdır. Belə xəstələrdə yüksək hərarət, əsasən, 5-7 gün, öskürək isə 2-3 həftə davam edir. "İnfluenza"dan qorunma üsulları da elə koronavirusda olduğu kimidir. "İnfluenza" da COVID-19 kimi yuxarı və aşağı tənəffüs yollarının virusudur. Ona görə də şəxsi gigiyenaya diqqət etmək, tibbi maska taxmaq və sosial məsafəni qorumaq lazımdır".

E.Rəhimovun dediyinə görə, qrip əleyhinə peyvənd vurduraraq da xəstəlikdən qorunmaq mümkündür: "Qrip peyvəndi hamilə qadınlara, 6 yaşa qədər olan uşaqlara, xroniki xəstəliklərdən əziyyət çəkənlərə və 60-65 yaşlı şəxslərə daha çox tövsiyə edilir. Lakin digər vətəndaşlar da peyvənd vurduraraq özlərini qripdən qoruya bilərlər. "İnfluenza"nın müalicəsi üçün istirahət, bol miqdarda maye qəbulu, çox isti geyinməmək və bədən temperaturu yüksəldikdə hərarətsalıcı dərmanlar istifadə etmək məsləhətdir. Bəzi hallarda xəstəlik ağır gedişli olarsa, xəstə həkim təyinatı əsasında başqa dərman preparatlarından da faydalana bilər. Valideynlərin həkim təyinatı olmadan övladlarına antibiotik müalicəsi etməsi yanlışdır, çünki antibiotiklər viruslara təsir göstərə bilmir. Əksinə, lazımsız antibiotik istifadəsi uşaqlarda ciddi fəsadlara yol aça bilər".

OXŞAR XƏBƏRLƏR

Jirinovskinin ölüm səbəbi ilə bağlı azərbaycanlı professordan ŞOK AÇIQLAMA: "8 dəfə..."

Hiperaktiv vəziyyətdə olan immun sistemin təkrari stimulyasiyası yolverilməzdir. Son günlər əsas müzakirə mövzularından biri müsəlman dünyasının qatı əleyhd...

Ərdoğanın özünəməxsus sağlamlıq resepti: “Hər axşam bu qarışığı yeyib yatıram”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Tokat Hava Limanının və tikintisi başa çatan digər obyektlərin açılış mərasimi üçün səfər etdiyi Tokat bölgəsində y...

Korona xəstələrinin bu dərmanlardan istifadəsi qadağandır

COVİD-19-a yoluxmuş insanların evdə "Aspirin”, "Klexan”, "Fraxiparin”, "Plavix”, "Xarelto” və.s kimi qan durulaşdırıcı preparatlar istifadə etməsi lazımsızdır. ...

Azərbaycanda bu şəxslərə dərmanlar pulsuz verilir - RƏSMİ

İcbari tibbi sığorta çərçivəsində stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsin...

“Omikron” ştammı uşaqlar üçün təhlükəlidir? - İnfeksionistdən AÇIQLAMA

Azərbaycanda koronavirusun "Omikron” ştammı aşkarlanıb. Aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12...

"Lazımsız antibiotik istifadəsi uşaqlarda..." - Həkim-pediatr

Azərbaycanda son həftələr uşaqlar arasında qrip virusu intensivləşib. Uşaqlarda yüksək qızdırma, boğaz və baş ağrısı, iştahasızlıq, bəzi hallarda qusma və s. si...