Kürdəmirdə ağır yol qəzası oldu, 5 nəfər xəsarət aldı - FOTOLAR
14:57 / 23.02.2022
630
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, "Ford" və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.
Yaralılar "təcili yardım" avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
(report)