KTMT qüvvələri İrəvana girəcək, Paşinyanı devirəcək və...

KTMT qüvvələri İrəvana girəcək, Paşinyanı devirəcək və...
"Ermənistanda bir neçə gündür davam edən aksiyalara Rusiyanın münasibət bildirməsi gözlənilən idi. Bu, hər şeydən əvvəl Moskvaya yönələn şübhələri yayındırmaq üçündür. Çünki Ermənistanda baş verənlərin "dirijoru” məhz Kremldir”.

Sfera.az xəbər verir ki, bu sözləri açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun "Rusiya Ermənistanda vəziyyətin sabitləşməsində maraqlıdır" sözlərini şərh edərkən deyib.

O, bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanda daxili sabitliyi pozaraq Baş nazir Nikol Paşinyanı cəzalandırmağı düşünür:

"Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması Rusiyanın ürəyincə deyil. Həmçinin xatırlatmaq yerinə düşər ki, liderlərin Moskva görüşü də uğursuz keçmişdi. Putin Paşinyandan istədiyini ala bilməmiş, Ermənistanı Qərbdən "qoparmağı” bacarmamışdı. Odur ki, bir çox ekspertlər fikirləşir ki, Rusiya Ermənistan daxilində xaos yaratmaqla Paşinyanı özünə tabe etmək istəyir. Bu mənada Moskvanın şübhələri öz üzərindən yayındırmaq cəhdləri başa düşüləndir. Çünki Ukraynadakı müharibəyə görə Kreml onsuz da dünyadan təcrid olunub. Rusiyaya əlavə problemlər, yəqin ki, lazım deyil”. 

Ekspertin sözlrəinə görə, son günlər KTMT-nin Ermənistana müdaxilə ehtimalı gündəmə gəlib:

"Əslində bu, istisna deyil. Əgər həm mitinqlərin "dirijoru”, həm də sözügedən qurumun aparıcı üzvü Rusiyadırsa, deməli, KTMT-nin Ermənistana girməyi Nikol Paşinyan hakimiyyəti üçün  yaxşı nəsə vəd etmir. Xatırlamaq yerinə düşər ki, bir neçə ay əvvəl Qazaxıstanda oxşar hadisələr olmuşdu: əvvəlcə aksiyalar başlamış, ardınca KTMT- nin sülhməramlı kontingenti Qazaxıstana girmiş, ardınca isə Nursultan Nazarbayev hakimiyyətdən uzaqlaşdırılmış, hakimiyyət Kasım- Jomərd Tokayevin əlində cəmləşmişdi. Buna bənzər ssenarinin təkrarlanması ehtimalı var. Amma bu ehtimalın reallaşmaq əmsalı yüksək dəyərləndirilmir. Paşinyan hər nə qədər Qərbpərəst siyasətçi olsa da, indiki halda Ermənistanda hakimiyyət dəyişikliyi region üçün əlavə problemlər deməkdir.

Putinin indi bu problemlərlə məşğul olmağa vaxtı yoxdur. Hərçənd Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasına başqa cür mane ola bilmədiyini görən Kreml rəhbəri bəlkə də buna gedər. Ermənistandakı aksiyaların nə ilə nəticələnməsindən asılı olmayaraq Peskovun səsləndirdiyi fikirlər təsadüfi deyil. Yəqin ki, Ermənistanla bağlı Rusiyanın xüsusi planı var və biz növbəti günlərdə həmin planın nədən ibarət olduğunu daha yaxşı görəcəyik”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Türkiyənin tələbləri yerinə yetiriləcəkmi? - "NATO çalışacaq ki..."

"Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi fonunda Türkiyə ilə yaranan polemika düşünürəm ki, öz həllini tapacaq ".   Bunu Sfera.az-a açıqlamasında po...

"Ermənistan müxalifəti çay gəlməmiş çırmanmağa başlayıb" - ŞƏRH

Ermənistanda "Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərba...

“KTMT “süni nəfəs aparatına” qoşulub" - NATO ilə əməkdaşlıq arzusuna REAKSİYA

Dünən Rusiyanın paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib, yekun bəyanat...

Finlandiya İsveç qərarını verdi: Türkiyənin şərti nə olacaq?

Finlandiya NATO-ya qoşulacaq. Belə ki, Prezident Sauli Niinisto və baş nazir Sanna Marin rəsmi Helsinkinin müraciətini alyansa təqdim edib. Niinisto ölkəsinin N...

Kreml Bakını “KTMT tələsi”nə sala biləcəkmi? – “Bakı yayınır, Tehran isə...”

"Rusiya təklənmiş durumdadır və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Elə bu səbəbdəndir ki, Kollektiv Təhlükəsizl...