Türkiyənin tələbləri yerinə yetiriləcəkmi? - "NATO çalışacaq ki..."

Türkiyənin tələbləri yerinə yetiriləcəkmi? -
"Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi fonunda Türkiyə ilə yaranan polemika düşünürəm ki, öz həllini tapacaq ".
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Türkiyənin NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçə təkliflər paketi göndərməsindən danışarkən deyib. Müsahibimiz bildirib ki, hazırda Qərb koalisiyasının Rusiyaya qarşı yeni nizamı formalaşır:

"Türkiyə də Qərb koalisiyasının üzvüdür. Təbii ki, qardaş ölkə milli maraqlarını müdafiə edir və onun tələbləri beynəlxalq hüquqlu, haqlı tələblərdir. NATO üzvü olan bir ölkə Türkiyəyə qarşı sanksiyalara dəstək verməməli, terrorçuları himayə etməməlidir. Xüsusilə, həmin terrorçular Türkiyənin təhlükəsizliyi və suverenliyini təhdid edirlər. Sözügedən ölkənin istəkləri reallaşacaqsa, təbii ki, prosesə veto qoyulmayacaq”.

Politoloq, həmçinin bu istiqamətdə danışıqların aparılacağını qeyd edib:

"Çünki veto məsələsi elə bir hüquqi sistemdir ki, hazırda adı çəkilən ölkələrin NATO-ya qoşulması mümkün deyil. Sadəcə olaraq Böyük Britaniya, Fransa və ABŞ-la öz təhlükəsizlikləri ilə bağlı müəyyən müqavilələr bağlaya bilərlər. Konkret olaraq Finlandiya və İsveçin NATO-ya qəbulu Türkiyədən asılıdır. Onun haqlı tələblərinin yerinə yetirilməsi istiqamətində ola bilər ki, ABŞ, Avropa İttifaqı da dəstək versin. Bütün məsələlər danışıqlardan asılı olacaq. NATO üçün bu məsələ prioritet təşkil edir, çalışacaq ki, problemi həll etsin”.

Qeyd edək ki, ötən gün "Bloomberg” Türkiyənin üç rəsmisinə istinadən Finlandiya və İsveçin NATO üzvlüyünə razılıq qarşılığında Ankaranın nə tələb etdiyini dərc edib. Həmin tələblərdən bir neçəsi belədir: Hər iki ölkə PKK və PYD/YPG-ni terror təşkilatı elan etməlidir; Türkiyəyə qarşı silah embarqosu ləğv olunmalıdır; Türkiyənin F-35 proqramına yenidən daxil edilməli və F-16 təyyarələrinin yeni alış paketi təsdiq olunmalıdır; S-400-lə bağlı sanksiyalar qaldırılmalıdır.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Türkiyənin tələbləri yerinə yetiriləcəkmi? - "NATO çalışacaq ki..."

"Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi fonunda Türkiyə ilə yaranan polemika düşünürəm ki, öz həllini tapacaq ".   Bunu Sfera.az-a açıqlamasında po...

"Ermənistan müxalifəti çay gəlməmiş çırmanmağa başlayıb" - ŞƏRH

Ermənistanda "Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərba...

“KTMT “süni nəfəs aparatına” qoşulub" - NATO ilə əməkdaşlıq arzusuna REAKSİYA

Dünən Rusiyanın paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib, yekun bəyanat...

Finlandiya İsveç qərarını verdi: Türkiyənin şərti nə olacaq?

Finlandiya NATO-ya qoşulacaq. Belə ki, Prezident Sauli Niinisto və baş nazir Sanna Marin rəsmi Helsinkinin müraciətini alyansa təqdim edib. Niinisto ölkəsinin N...

Kreml Bakını “KTMT tələsi”nə sala biləcəkmi? – “Bakı yayınır, Tehran isə...”

"Rusiya təklənmiş durumdadır və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Elə bu səbəbdəndir ki, Kollektiv Təhlükəsizl...