Koronavirus “payız qripi”nə çevriləcək – “Virusun tam yox olması imkansızdır...”

Koronavirus “payız qripi”nə çevriləcək – “Virusun tam yox olması imkansızdır...”
"Pandemiya sonlanacaq, lakin koronavirus payız fəslində qrip kimi yayılacaq və ağırlaşmalar olacaq”.

Bunu Sfera.az-a açıqlamasında infeksionist Mərdan Əliyev bildirib. İnfeksionist pandemiyanın bitməsi və yeni ştamların yayılması ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Koronavirus böyük genoma malik olduğu üçün daha çox mutasiyaların formalaşmasına səbəb olur. Mutasiyaların meydana çıxması virusun sürətli yayılma qabiliyyəti ilə əlaqəlidir. Məsələn, "Omikron” sürətlə yayılır deyə, mutasiyaların yaranması ehtimalı  çoxalır. Omikronun alt variantları da sürətli yoluxduruculuq səbəbi ilə yayıla bilir. Bu proses  virusun çoxlamasının dayandığı bir vaxtda reallaşacaq və pandemiya bitəcək. Lakin pandemiya bitəcək dedikdə, yoluxmanın 0-a düşməsi və virusun yoxa çıxması nəzərdə tutulmur".
 
Müsahibimiz hesab edir ki, koronavirus həyatımızda həmişəlik qalacaq: "Pandemiyanın bitməsi o deməkdir ki, virus fəsil infeksiyasına çevriləcək və ilin hər fəslində mövcud olmayacaq. Koronavirus həyatımızda həmişə olacaq, lakin payız fəslində qrip kimi yayılacaq və ağırlaşmalar olacaq. Payız aylarında yoluxma sayında alovlanmalar olarsa, o zaman mutasiyalar ortaya çıxa bilər. Lakin yoluxma sayı epidemiya, pandemiya səviyyəsində olmayacaq”.
 

Əzizə Zeynal  
 

OXŞAR XƏBƏRLƏR

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Covid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir. Sfera.az xəbər verir ki, bunu Çin-yapon bir...

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.   Sfera.az xəbər verir...

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı ...

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.   Sfera.az xəbər verir ki, b...

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Kimlərə səhər yumurta yemək olmaz? - Endokrinoloqdan açıqlama

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur. Sfera.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəliklə...