Kişilər hansı qadınları əsla TƏRK ETMİR? - Məşuqə, dost, yoxsa...

Kişilər hansı qadınları əsla TƏRK ETMİR? - Məşuqə, dost, yoxsa...
Sizcə, kişilər hansı qadınları tərk edir? Cavab: Hamısını!
Amma gəlin, bir az obyektiv olaq. Kişilərin birinci düşməni ərköyün, isterik, baxımsız, yaxınlıqdan imtina edən qadınlardır. Bəlkə də problemin özəyi daha dərin qatlarda yatır.

1. Kişi həyatın mənası, dünyanın mərkəzi, arzuların zirvəsi deyil. Planetimiz bir kişinin varlığından daha geniş və rəngarəngdir. Məhz buna görə ətrafında pərvanə olmağa, köləsinə çevrilməyə lüzum yoxdur. Sadəcə yanında olub birgəlikdən zövq alın.
2. Hər bir qadın nəzəri cəhətdən də olsa, öz kişisindən ayrılmağı bacarmalıdır. Maddi cəhətdən azad, işində peşəkar olmalıdır. Şəxsiyyət kimi formalaşmış qadını heç bir kişi itirmək istəməz. Çünki onu ağır yük kimi çiynində daşımağa məcbur deyil.
3. Qadın ocağın keşikçisidir. Gözəl bişirməyi bacardığı heç olmasa iki xörək növü olmalıdır. Məsələn, dünyanın ən dadlı kotletləri onun əlindən çıxmalıdır. Heç bir kişi dadlı yemək, səliqə ilə ütülənmiş paltardan imtina etməz.
4. Kişi maaşını qadına vermək məcburiyyətində deyil. Ciblərini axtaran qadını sevmir. Hətta sağ cibində maaş kartını, solda isə hesabını unutduğu pullarını saxladığını bilsəniz belə, etməyin.
5. Qadın kişinin yalnız məşuqəsi, uşaqlarının anası, evdar xanım deyil. O həm də ən yaxın dostdur. Kişilər mənəvi yalnızlığa nifrət edirlər. Gündəlik problemlərini, gələcək planlarını bölüşəcək müdrik dosta ehtiyac duyurlar.
6. Kişilər onları qıcıqlandıran qadınlardan gen gəzirlər. Şübhə dolu baxışlar, isterik davranışlar, seksdən imtina etmək qadını kişidən uzaqlaşdırır. Əsl qadın istənilən problemi danışıq yolu ilə ya həll edir, ya da susub gedir.
7. Qüsursuz qadın xarici görünüşünü də nəzarətdə saxlayır. Pis vərdişlərindən qurtulur. İmicini dəyişib yenilənmək üçün pulunu da, zamanını da sərf edir.
8. O, sevdiyi kişinin əyləncə anlayışına da sayğı duymağa qadirdir. Bu da azmış kimi, özü də əyləncəsinə zaman ayırır.
Sonda xatirladaq ki, qüsursuz qadın özünü sevir. Odur ki, kişisini də, bütün dünyanı da sevə bilir.

Publika.az/

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...