Kimlər gəldi, kimlər getdi? - Mərkəzi Bankın sədrləri: Abdullayevdən Rüstəmova kimi...

Kimlər gəldi, kimlər getdi? - Mərkəzi Bankın sədrləri: Abdullayevdən Rüstəmova kimi...
Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən dərhal sonra qəbul edilmiş qanunvericilik əsasında ölkənin bank sistemi yaradıldı və milli pul vahidi tədavülə buraxıldı.
 
Azərbaycan Respublikasının Milli Bankı ölkə başçısının 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılıb.

1992-ci ilin avqust ayının 15-də isə Azərbaycan Respublikasının milli valyutası – manat dövriyyəyə buraxılıb.

Milli Bank 18 mart 2009–cu il tarixli Referendum Aktının qüvvəyə minməsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı adlandırılıb.  

Mərkəzi Bankın hazırda fəaliyyət göstərdiyi, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binası 1998-ci ildə istifadəyə verilib
Mərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat və ərazi idarələri daxildir.

Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur.

Konstitusiyaya əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclisi tərəfindən, Mərkəzi Bankın sədri və müavinləri isə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından ölkə başçısı tərəfindən vəzifəyə təyin edilirlər.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Bankın icra strukturuna başçılıq edir, rəhbər heyət arasında vəzifə bölgüsü aparır.

Sfera.az-ın Modern.az-a istinadən məlumatına görə, müstəqillik dönəmində Azərbaycan Respublikasının Mərkəzi Bankına 3 nəfər rəhbərlik edib.

Bu dövlət qurumuna ilk rəhbərliyi Cavanşir Abdullayev edib.
 


C.Abdullayev müstəqil Azərbaycanın Mərkəzi Bankında İdarə Heyətinin sədri postunda 1992-1993-cü illərdə çalışıb.

C.Abdullayev 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfat İnstitutunun maliyyə-kredit fakültəsini (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirib. İş karyerasına SSRİ bank sisteminin filialında kredit mütəxəssisi kimi başlayan C.Abdullayev, daha sonra SSRİ Dövlət Bankının Azərbaycan kontorunda aparıcı müfəttiş (auditor) vəzifəsində çalışıb.

1991-ci ildə "Azinvestbank” Kommersiya Bankında İdarə Heyətinin sədri, daha sonra Aqrar-Sənaye Bankında İdarə Heyətinin sədri işləyib.
C.Abdullayev 1992-1993-cü illərdə AXC hakimiyyəti dövründə müstəqil Azərbaycanın Mərkəzi Bankı İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
2000-ci ilin yanvarından inidyə kimi Azərbaycan Bank Tədris Mərkəzinsə direktor işləyir.

Milli Bankın ikinci rəhbəri Qalib Ağayev olub.

Qalib Ağabala oğlu Ağayev 1941-ci il 13 iyul tarixində Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib. Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlayıb, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışıb.

Qalib Ağayev 1993-cü il sentyabrın 1-də ölkədə yeni hakimiyyətə gələn mərhum Heydər Əliyev tərəfindən Milli Bankın sədri təyin edilib. O, bu vəzifədə 1995-ci ilin yanvarına kimi işləyib.

Qalib Ağayevdən sonra Milli Bankın üçüncü rəhbəri Elman Rüstəmov olub.
 


Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlayıb.
1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləyib.
1980-cı ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışıb.

1991-ci ildən 1992-ci ilədək Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləyib.

1992-ci ilin dekabrında Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1993-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. 
1995-ci ilin yanvarında Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

2000, 2005, 2010, 2015, 2020-ci illərdə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilib.

Bu gün - 12 aprel 2022-ci il tarixində Milli Məclisin qərarı ilə Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən və sədrlikdən azad edilib.

Elman Rüstəmovun yerinə Taleh Tahir oğlu Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə seçilib. Onun Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin olunacağı gözlənilir.


38 yaşlı Taleh Kazımov Bakı şəhərində anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. 

2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib.

O, maliyyə sektorunda peşəkar fəaliyyətə 2004-cü ildən başlayıb. Belə ki, 2004-2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə işləyib.
2007-ci ilin iyulundan "PAŞA Bank"da fəaliyyətəi başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, daha sonra Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

2011-ci ilin dekabrından  "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilib, 4 il sonra isə Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.

Ailəlidir, iki övladı var.

OXŞAR XƏBƏRLƏR

Pomidor-xiyar bu tarixdən sonra ucuzlaşacaq

"Mövsümi meyvə və tərəvəzlərlə bağlı qiymətlər həmişə ilkin zamanlarda yüksək olur. Ola bilər ki, 10-20 gündən sonra olmasa da, iyuna doğru qiymətlərdə ucuzlaşm...

Kitabların ƏDV-dən azad edilməsinin hansı müsbət təsirləri olacaq? - Ekspertdən açıqlama

"Azərbaycan dilində lazımi kitabların tapılmaması müstəqilliyin ilk günlərdən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalır”.   Sfera.az-ın məl...

Hansı bölgələrdə bağ evlərinin kirayə qiyməti yüksəlib? – SİYAHI

Yay fəslinə yaxınlaşdıqca istirahət üçün kirayə bağ evlərinə üz tutanların sayı çoxalır. Kirayə mənzillərə tələbat isə daha çox Bakı kəndləri və bölgələr ü...

Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK

Qida təhlükəsizliyi sahəsində çalışan işçilərə maaşdan əlavə pul veriləcək. Sfera.az xəbər verir ki, bu barədə məsələ Milli Məclis tərəfindən qəbul edilən "...

Maaş və təqaüdlər yenidən ARTA BİLƏR

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,85 ABŞ dolları, yaxud 2,57 % artaraq 113,55 ABŞ dollarına çatıb. Dünən "Bre...

Rusiyanın ən böyük dövlət kommersiya bankı SWIFT-dən ÇIXARILIR - 6-cı SANKSİYA PAKETİ

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropa parlamentində çıxışı zamanı Rusiyaya qarşı tətbiq ediləcək 6-cı sanksiya paketi haqqında danışıb. ...