DTX əməliyyat keçirdi - Keçmiş MTN polkovniki saxlanıldı

DTX əməliyyat keçirdi - Keçmiş MTN polkovniki saxlanıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki və Lənkəran Dövlət Universitetinin keçmiş prorektoru Bahadır Qocayev külli miqdarda dələduzluqda ittiham olunur.

Sfera.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Bahadur Qocayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsilə təqsirli bilinir. Daxil olan məlumata görə, keçmiş MTN vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə günahlandırılır

B.Qocayev barəsində istintaq tərəfindən toplanan sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Bahadır Qocayev vaxtilə MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. Keçmiş nazir Eldar Mahmudov işdən çıxarıldıqdan və "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. 2016-cı ildə LDU-nun Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.

Bundan başqa, vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.
 
Orxan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi - 3.5 milyonluq yeyinti

Sfera.az xəbər verir ki, Hərbi Prokurorluqdakı mənbənin "Qafqazinfo”ya verdiyi özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəis...

"Tərtər işi" ilə bağlı daha 4 nəfər HƏBS EDİLDİ - ADLAR

"Tərtər işi" ilə bağlı daha 4 nəfər həbs edilib. Sfera.az xəbər verir ki,  bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Xəbərdə ...

“Aldığım rüşvətin 2,5 milyonunu Qarayevə otağında şəxsən vermişəm” - ŞOK İFADƏ

Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş ...

Bakıda 4 yaşlı qızın öldürülməsi ilə bağlı YENİ FAKTLAR

Bakı şəhər Qala qəsəbəsi Xaşaxuna bağlar massivində 4 yaşlı qızın qonşu tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb. 2018-ci il təvəllüd...

Universitetin şöbə müdiri hakim qarşısında: “Dedi ki, 2500 manat verməlisən..."

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri ...

DTX əməliyyat keçirdi - Keçmiş MTN polkovniki saxlanıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki və Lənkəran Dövlət Universitetinin keçmiş prorektoru Bahadır Qocayev külli miqdarda dələduzluqda ittiha...