İtkin neftçiyə aid olduğu ehtimal edilən MEYİT tapıldı

İtkin neftçiyə aid olduğu ehtimal edilən MEYİT tapıldı

Xəzər dənizinin Neftçala rayonuna yaxın hissəsində balıqçılar dənizdə cəsəd aşkar ediblər.

Onlar bu barədə dərhal Neftçala rayonunun hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Sfera.az  virtualaz.org-a istinadən bildirir ki, nəticədə cəsəd Dövlət Sərhəd Xidmətinin yaxınlıqda üzən gəmisi tərəfindən göyərtəyə götürülüb və Neftçala şəhərinə gətirilib.

Naməlum kişi meyitinin əynində yalnız mayka olduğundan üzərində şəxsiyyətini müəyyən edəcək sənədi tapılmayıb. Hazırda meyitin kimə məxsus olmasını müəyyənləşdirmək üçün tibbi ekspertizanın keçiriləcəyi gözlənilir.

İlkin ehtimallara görə, cəsəd "Günəşli" neft yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərdən birinin ola bilər.  

Qeyd edək ki, indiyədək itkin düşən neftçilərdən yalnız 8-nin meyiti tapılb, 22 nəfər isə hələ də axtarılır. 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edi...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutdu- RƏSMİ

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxı...

Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO

Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları  sistemi satmağı dayandırmışdı. Sfera.az xəbər...

Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vurdu

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensi...