İşğaldan azad edilmiş ərazilərdə universitetlər açılır? – Nazir anonsunu verdi

İşğaldan azad edilmiş ərazilərdə universitetlər açılır? – Nazir anonsunu verdi
Ötən gün təhsil naziri Emin Əmrullayev ali təhsilin əhatəliliyinin artırılması üçün işğaldan azad olunan ərazilərdə universitetlərin açılmasının uğurlu addım olacağını qeyd edib.

Nazir bununla həm də gənc nəslin həmin ərazilərə qayıdış prosesinin sürətlənəcəyini də sözlərinə əlavə edib.

Sözügedən təkliflə bağlı Sfera.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli elmlə məşğul olan əhalinin işlə təmin olunması baxımından işğaldan azad olunan ərazilərdə universitetlərin yaradılmasının mühüm addım olacağını bildirib:

"İşğaldan azad olunan ərazilərdə universitetlərin tikilməsi ilə bağlı bir sıra təkliflər var. Hətta Qarabağ Universiteti şəklində bir ideya da mövcuddur. Bu baxımdan düşmən tapdağından azad olunan ərazilərimizə nəzər yetirdikdə, biz Ağdam bölgəsində regionun ən böyük şəhərinin salınmasının şahidi olacağıq. İşğaldan azad olunan ərazilərdə milyonlarla insanın köçürülmə ehtimalı nəzərə alsaq, həmin bölgələrdə universitetlərin yaranması, elmin, tədrisin inkişaf etdirilməsi və ictimai mühitin formalaşması üçün mühümdür. Bu planların həyata keçirilməsi gənclərin müxtəlif layihələrdə iştirakı, həm də elmlə məşğul olan əhalinin işlə təmin olunması baxımdan uğurlu addım olacaq. Təbii ki, bunun üçün zaman lazımdır, qarşıda başqa hansısa problem yoxdur”.

Deputat Bakıda fəaliyyət göstərən universitetlərin filiallarının işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərəcəyini qeyd edib:
 
"İşğaldan azad olunan ərazilərdə yeni universitetlərin yaradılması strateji problemlərin həlli istiqamətində olan addımlardır. Lakin Bakıdakı universitetlərin filiallarının bu ərazilərdə açılması daha rahat başa gələn texiki prosesdir. Zamanla icra strukturları və Təhsil Nazirliyinin planlaşdırması nəticəsində bu məsələ də həyata keçə bilər. Əhalinin məskunlaşdırılması yekunlaşdıqdan sonra bu kimi məsələlər öz həllini tapacaq”.  
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Nazir direktorların görüntülərindən danışdı: "Bu videoların yayılması..."

"Fikrimcə, məsələ göstərildiyi qədər faciəvi deyil. Azərbaycan məktəblərinə bir milyon altı yüz min şagird gedir. 30 min şagirdimiz olimpiadada iştirak etdi. O ...

Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq

"Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq". Sfera.az  xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması ...

400-ə qədər gənc aparıcı ali məktəblərə göndəriləcək - Əliyev

Biz bunu ona görə edirdik ki, azərbaycanlı gəncləri yetişdirək, onlar gözəl peşə sahibləri olsunlar, mütəxəssis olsunlar. Əsas məqsəd budur - xalqımızın intelle...

Şagirdlərin məktəblərdə nizam-intizamı pozmalarının qarşısı necə alına bilər? - Psixoloqdan və ekspertdən TƏKLİFLƏR

Son günlər orta təhsil müəssisələrində şagirdlərin davranış qaydaları müzakirə obyektinə çevrilib. Demək olar hər gün, sosial mediada sinifdə özünü idarə edə bi...

Azərbaycanda təhsil alan xaricilərin sayı niyə kəskin azalıb? - AÇIQLAMA

"Hazırda Azərbaycanda təhsil alan xarici ölkə vətəndaşlarının sayı 6 min 400 nəfərdir”.   Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov dey...

“Məktəbə daxil olarkən telefonlar şagirdlərdən alınsın” - Psixoloq

"Özəl təhsil ocaqlarında olduğu kimi dövlət məktəblərində də telefonların şagirdlərdən  alınması və yalnız dərsdən sonra geri qaytarılması lazımdır”. ...