Azərbaycanda təhsil alan xaricilərin sayı niyə kəskin azalıb? - AÇIQLAMA

Azərbaycanda təhsil alan xaricilərin sayı niyə kəskin azalıb? - AÇIQLAMA
"Hazırda Azərbaycanda təhsil alan xarici ölkə vətəndaşlarının sayı 6 min 400 nəfərdir”.
 
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Müsahibimiz bildirib ki, pandemiya dövründə Azərbaycana xarici ölkələrdən təhsil almağa gələnlərin sayında kəskin azalma müşahidə edilib və bu istiqamətdə bir neçə amil rol oynayıb:

"Belə ki, ali təhsil müəssisələrimiz tərəfindən onlayn xidmətin göstərilməsində ciddi problemlər var idi – onlayn qeydiyyat, eyni zamanda proqram təminatındakı çatışmazlıqlar xarici ölkələrdən Azərbaycana tələbə qəbulunda müəyyən qədər problemlər yaratdı. Bu, həmin ali təhsil müəssisələrinin ciddi maliyyə itkisinə səbəb oldu. Ümumilikdə, Azərbaycana xarici ölkələrdən tələbələrin müraciət etməsi kütləvi hal almır. Xaricdən ölkəmizə oxumağa gələnlərin müəyyən bir qismi Azərbaycanın hesabına pulsuz təhsil alırlar. Yəni Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub və bu çərçivədə xarici ölkədən təhsil almağa gələnlərin ödənişləri hesabımıza təmin edilir, təqaüdlər verilir. Təbii ki, məqsəd ölkədə ali təhsilin keyfiyyətinin artırılması, həmçinin reytinqinə təsir göstərməsidir”.

Ekspert qeyd edib ki, bu gün Azərbaycanda əcnəbi tələbələrin sayının az olmasının əsas səbəbi təhsil haqlarının yüksək olmasıdır:

"Xarici ölkə vətəndaşları digər ölkələrdə - Gürcüstanda, Türkiyədə, Rusiyada və s. daha ucuz təhsil almaq imkanlarına malikdirlər. Məhz bu amil Azərbaycana gələnlərin sayına təsir göstərir. İkincisi, bizim ali təhsilin keyfiyyəti aşağı səviyyədədir. Etiraf edək ki, bu gün Azərbaycanda ali təhsil müəssisələri müasir dövrün tələblərinə və əmək bazarının çağırışlarına cavab verən kadr hazırlamırlar. Digər amillərdən biri də yataqxanaların olmaması, kirayə qiymətlərin baha olmasıdır. Tələbələr isə, daha çox yataqxanaların olduğu ölkələrə üz tuturlar. Bizdə isə, əcnəbi tələbələrə kirayə mənzillər baha qiymətə təklif olunur. Hesab edirəm ki, biz bu amilləri nəzərə almalıyıq. Çünki xarici ölkələrdən gələn tələbələr ali təhsilin beynəlxalq rəqabətliliyinə öz təsirini göstərir. Hazırda dünya reytinqində universitetlərə əlavə üstlünlük gətirən məhz xarici tələbələrdir”.

K.Əsədov bildirib ki, hazırda Azərbaycanda əcnəbi tələbələr ən çox Tibb Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alırlar:

"Amma bizim daha çox imkanımız var ki, xarici ölkələrdən tələbə qəbulunu həyata keçirə bilək. Bununla bağlı layihəmiz də var. Biz Azərbaycan universitetlərinin xarici ölkələrdə sərgilərini keçirmək istəyirik. Belə olan halda, tələbə qəbulunu reallaşdıra bilərik. Ərazisi Bakının yarısı boyda olan Sinqapurun iki universitetində 80 min əcnəbi tələbə təhsil alır. Yaxud qardaş Türkiyədə 180 minə yaxın əcnəbi tələbə var, bu da ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərir. Azərbaycan da mövcud rəqəmləri ciddi şəkildə artıra bilər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Nazir direktorların görüntülərindən danışdı: "Bu videoların yayılması..."

"Fikrimcə, məsələ göstərildiyi qədər faciəvi deyil. Azərbaycan məktəblərinə bir milyon altı yüz min şagird gedir. 30 min şagirdimiz olimpiadada iştirak etdi. O ...

Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq

"Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq". Sfera.az  xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması ...

400-ə qədər gənc aparıcı ali məktəblərə göndəriləcək - Əliyev

Biz bunu ona görə edirdik ki, azərbaycanlı gəncləri yetişdirək, onlar gözəl peşə sahibləri olsunlar, mütəxəssis olsunlar. Əsas məqsəd budur - xalqımızın intelle...

Şagirdlərin məktəblərdə nizam-intizamı pozmalarının qarşısı necə alına bilər? - Psixoloqdan və ekspertdən TƏKLİFLƏR

Son günlər orta təhsil müəssisələrində şagirdlərin davranış qaydaları müzakirə obyektinə çevrilib. Demək olar hər gün, sosial mediada sinifdə özünü idarə edə bi...

Azərbaycanda təhsil alan xaricilərin sayı niyə kəskin azalıb? - AÇIQLAMA

"Hazırda Azərbaycanda təhsil alan xarici ölkə vətəndaşlarının sayı 6 min 400 nəfərdir”.   Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov dey...

“Məktəbə daxil olarkən telefonlar şagirdlərdən alınsın” - Psixoloq

"Özəl təhsil ocaqlarında olduğu kimi dövlət məktəblərində də telefonların şagirdlərdən  alınması və yalnız dərsdən sonra geri qaytarılması lazımdır”. ...