İrandan Türkiyəyə qaz nəqli dayanıb

İrandan Türkiyəyə qaz nəqli dayanıb

İrandan Türkiyəyə qaz nəqli bu gündən dayanıb.


APA-nın Tehran bürosunun məlumatına görə, buna səbəb İran-Türkiyə qaz boru kəmərində partlayış baş verməsidir.


İranın Milli Qaz Şirkətinin nümayəndəsi Mehdi Cəmşidi Dana bildirib ki, bundan öncə də İran-Türkiyə qaz boru kəməri bir neçə dəfə partladılıb: "Bu dəfə də ehtimal olunur ki, qaz kəmərini PKK terror təşkilatı partladıb. Bundan əvvəl də dəfələrlə belə hallar olub”.


 

M. Cəmşidi Dana partlayışın Türkiyə ərazisində-İranla sərhəddə baş verdiyini bildirib:"Bu gün səhər saat 6:50 dəqiqədən İranda Türkiyəyə qazın nəqli dayandırılıb. Koronavirusla əlaqədar Türkiyənin Bazarqan sərhəd buraxılışındakı nümayəndəsi xidmət yerində deyil. Lakin biz bu haqda Türkiyə tərəfində məlumat vermişik".


O deyib ki, qaz boru kəmərinin təmir edilməsi və qaz ixracının bərpası 3-4 gün çəkə bilər.


Qeyd edək ki, bu gün səhər saatlarında İrandan Türkiyə ərazisinə qaz ötürən kəmərdə partlayış baş verib. Məlumata əsasən, hadisə yerli vaxtla saat 06:00 radələrində qeydə laınıb. Partlayışın Türkiyənin Ağrı vilayətinin Gülbulak sərhəd keçid məntəqəsi rayonunda baş verdiyi bildirilib. Partlayışdan sonra 40 metr yüksəklikdə alov müşahidə edilib.


OXŞAR XƏBƏRLƏR

İrandan Türkiyəyə qaz nəqli dayanıb

İrandan Türkiyəyə qaz nəqli bu gündən dayanıb. APA-nın Tehran bürosunun məlumatına görə, buna səbəb İran-Türkiyə qaz boru kəmərində partlayış baş verməsid...

Avropa İrana mal tədarükündə ilk dəfə INSTEX mexanizmindən istifadə etdi

İrana tibbi ləvazimatlar partiyası ilk dəfə INSTEX maliyyə hesablama mexanizmindən istifadə edilərək göndərilib. "Report” TASS-a istinadla xəbər verir ki,...

Smartfona bərabər saat artıq satışda

İndividiuallığı ilə öyünən və özünəməxsus stili ilə seçilən zaman ovçuları vaxtlarını daha ağıllı sərf etməyə üstünlük verirlər. Bu missiyanı həyata keçirmək üç...

Asiyanın ən varlı şirkətinin adı açıqlandı

Çinin elektron ticarət şirkəti "Alibaba” Asiyanın ən böyük kapitala sahib olan şirkətinə çevrilib. "Nikkei Asian Review” agentliyi məlumat verir ki, qiymətinə ...

Bu il sərvətinə sərvət qatanlar - Siyahı

"Forbes” jurnalı 2019-cu ildə gəlirlərini ən çox artıran milyarderlərin siyasını açıqlayıb. Sfera.az bildirir ki, siyahının ilk beşliyində "Louis Vuitton ...

TANAP-a 500 milyon dollar kredit ayrıldı

 Oktyabr 20-ndə "Cənub Qaz Dəhlizi" QSC və Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) arasında TANAP lay...