İnternetdə neçə saat vaxt keçirirsiniz? - "Yuxuya ayırdığımız vaxtdan çox..."

İnternetdə neçə saat vaxt keçirirsiniz? -
İnformasiya kommunikasiya texnologiyalarının inkişafı, elektron informasiya resurslarının genişlənməsi insanların internet asılılığını gücləndirir. Türkiyə Prezidenti yanında Rəqəmsal Transformasiya İdarəsinin açıqladığı məlumat da bunu təsdiqləyir.
 
Sfera.az bildirir ki, həmin məlumata əsasən, Türkiyədə internetə sərf olunan gündəlik vaxt 7 saat 57 dəqiqəyə yüksəlib. Bu, əməkqabiliyyətli bir insanın gündəlik yuxu normasına bərabərdir. Türkiyədə insanlar bir gündə yatdığı yuxu qədər internetdə vaxt keçirir.

Rəqəmsal Transformasiya İdarəsinin sədri Ali Taha Koç bildirib ki, dünyada hər kəs orta hesabla bir saatdan çox internetdə vaxt keçirir. Koç söyləyib ki, Türkiyədə internetdə sərf edilən zaman göstəricisi dünya üzrə orta göstəricidən dəfələrlə çoxdur.
 
Rəqəmsal texnologiyaların təhsildən sağlamlığa, iş həyatından ticarətə qədər cəmiyyətin bütün sahələrinə sirayət etdiyini deyən Koç COVİD-19 pandemiyasından sonra internetdən asılılığın bir qədər də artdığını qeyd edib: "2019-cu ildə 1,1 milyard olan Elektron Hökumətə giriş sayı 2020-ci ildə 2,3 milyardı keçib. 2021-ci il üçün gözlənilən nəticə 3 milyard giriş olacaq”.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...