İnternet problemi olanlara şad xəbər: Bu üsulla proses sürətlənəcək

İnternet problemi olanlara şad xəbər: Bu üsulla proses sürətlənəcək
"Bakı kəndlərində müşahidə olunur ki, genişzolaqlı internet çəkilişi üçün elektrik dirəklərindən istifadəyə başlanıb”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, əgər dirəklər müasir və dayanıqlı olarsa, naqillər də keyfiyyətli və standarta cavab verərsə bu məsələdə ciddi uğur qazanmaq olar:

"Hazırda elə fiber optik kabellər var ki, onlar da daha keyfiyyətli  və daha dayanıqlıdır. Amma, təbii ki, kənd və qəsəbələrdəki bəzi sıradan çıxmış və ömrünü tamamlamış dirəklər üzərindəki internetin dayanıqlığından danış doğru olmazdı.

Odur ki, hər iki infrastrukturda, elektrik enerjisi və internet texnologiyalarda müasif standartlar gözlənilərsə onda gözləmək olar ki, ölkə üzrə  daha sürətli formada keyfiyyətli internet infrastrukturu qurula bilər.

Ümumiyyətlə, müşahidələr göstərir ki, nazir Rəşad Nəbiyevin bütün ölkə üzə  "2 ilə internet problemi həll olacaq" mesajından sonra ciddi addımlar atılır.

Regionlarda və Bakı ətrafı kəndlərdə "Aztelekom" və "Baktelecom"un çoxsaylı briqadaları çalışır”.

Ekspert əlavə edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu prosesi sürətləndirmək üçün həyata keçirdiyi daha bir yenilik isə regionlarda GPON xətlərin yerin altı ilə deyil, yerin üstü ilə xüsusi dəmir dirəklər vasitəsilə aparmasından ibarətdir:

"Ənənəvi yanaşmalardan fərqli olan bu üsul da düşünürəm ki, fiberoptik xətlərin çəkiliş proseslərini xeyli sürətləndirəcək.

Nazirlik eyni zamanda mobil infrastrukturdan, mobil operatorların baza stansiyalarından da istifadə etməklə geniş zolaqlı internetə əlçatanlığı artıqmaq niyyətindədir və bu istiqamətdə LTE texnologiyası ilə internetə əlçatanlıq artırılır.

Eyni zamanda ucqar ərazilərə də mobil texnologiya ilə internet nəzərdə tutulur.
Beləliklə, RİNN tərəfindən atılan addımlara əsasən ümid etmək olar ki, yaxın 2 ilə, 2023-cü ilin sonunadək bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq problemi nəhayət ki öz həllini tapacaq”.

Osman Gündüz həmçinin bildirib ki, ölkə üzrə qurulcaq nəhəng dövlət internet  infrastrukturunun, həmçinin son nöqtəyə veriləcək internetin gələcək idarəetməsinin, istifadəsinin necə olacağı, dövlət, yoxsa özəl səviyyədə olacağı ilə bağlı rəsmi açıqlamalar hələlik yoxdur.

OXŞAR XƏBƏRLƏR

Rusiyada “Facebook”a giriş bloklandı

Roskomnadzor Rusiyada "Facebook”a girişi bloklamaq qərarına gəlib. Sfera.az xəbər verir ki,girişin məhdudlaşdırılmasına səbəb "Rusiya mediasına qarşı ayrı...

İnternet problemi olanlara şad xəbər: Bu üsulla proses sürətlənəcək

"Bakı kəndlərində müşahidə olunur ki, genişzolaqlı internet çəkilişi üçün elektrik dirəklərindən istifadəyə başlanıb”. Sfera.az xəbər verir ki, bunu Azərb...

Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ: Məlumatların sızması...

Ötən gün "Facebook" sosial şəbəkəsində 6 saatdan çox davam edən problemlər nəticəsində istifadəçilərin heç bir məlumatının sızması qeydə alınmayıb. Sfera....

Facebook.com və Instagram.com domenləri silinib

Facebook.com və Instagram.com üçün DNS qeydləri qlobal yönləndirmə cədvəllərindən yoxa çıxıb. Sfera.az xəbər verir ki, bu barədə "Vaşinqton post”un keçmiş...

1,5 milyard "Facebook" istifadəçisinin məlumatları satışa çıxarıldı

Artıq 3 saatdan çoxdur ki, "WhatsApp", "Facebook", "İnstagram", "Twitter və dünyanın digər aparıcı sosial şəbəkələrindən istifadə qeyri-mümkün olub.  ...

ŞAD XƏBƏR: Azərbaycanda elektronika məhsulları ucuzlaşacaq

Bu ilin sonuna kimi "Xiaomi", "Samsung", "Huawei", "Honor" və s. kimi iri texnologiya şirkətləri Türkiyədə  müəssisələrini açaraq fəaliyyətə başlayacaq.&nb...