İnsanlar robotlarla eşq yaşayacaqlar - Alman alim 20 il içərisində süni intellektin həyatımızda nələri dəyişəcəyini AÇIQLADI

İnsanlar robotlarla eşq yaşayacaqlar - Alman alim 20 il içərisində süni intellektin həyatımızda nələri dəyişəcəyini AÇIQLADI
Adı Dünya İqtisadi Forumunun hazırladığı  40 yaşın altındakı 40 möhtəşəm elm adamı  siyahısında olan almaniyalı süni intellekt mütəxəssisi Dr. Bcörn Şuller  "Ağıllı gələcək" adlı konferansda iştirak etmək üçün Türkiyəyə gəlib. 

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, jurnalistlərin suallarını cavablayan B.Şuller oluqca maraqlı açıqlamalar edib. Onun ən maraqlı fikirlərini təqdim edirik:

*Gələcəkdə robotların da hissləri olacaq. Daha doğrusu onlar da proqramlar vasitəsilə bizim kimi hiss edə biləcəklər. Ən əsası isə onlar bizi başa düşəcəklər. Məsələn, ağıllı mobil telefonunuz sizin o gün hansı əhval-ruhiyyədə olduğunuzu anlaya biləcək və buna uyğun  qərarlar verəcək. Siz kədərlisinizsə, şən mahnılar səsləndirməyəcək. Əsəbisinizsə, sizi daha da əsəbləşdirə biləcək mesajları sizə həmin an göstərməyəcək və s. Yəni, mobil telefonlar  bizə əsl dost olacaqlar. Eyni şey avtomobillər üçün də keçərlidir. Sizin stressli və ya xəstə olduğunuzu anlayan avtomobil "Bu gün çox yorğunsan, yuxusuzsan. Xahiş edirəm, dincəl", deyə biləcək. Həm avtomobillər, həm də telefonlar ruh halımızı mimikalarımızdan, səs tonumuzdan, jestlərimizdən oxuyacaqlar.

*Süni intellektin imkanları böyükdür. Təbii ki, bəzi riskləri də olacaq. Məsələn, gələcəkdə uşaqlara robotlar nəzarət edəcək. Onlar uşaqlara o qədər qayğıkeş davranacaqlar ki, buna öyrəşən uşaq üçün insanlarla münasibət qurmaq çətin gələcək. Çünki insanlar robotlar qədər nəvazişli deyillər. Robot-insan münasibətləri həyatımızdakı bir çox şeyi dəyişəcək.

*İnsanlar robotlarla eşq yaşacaqlar. Xüsusilə də, böyük şəhərlərdə gün keçdikcə daha çox insan yalnızlıqdan əziyyət çəkir. Dinləyən, başa düşən, ehtiyaca uyğun davranan, qarşı tərəfin xoşuna gələcək reaksiyaları verən robotu kim istəməz?  Parisdəki Sorbon Universitetində işləyən bir həmkarım qocalara nəzarət edən robot hazırlayıb. Hətta bir neçəsini qocalar evinə bağışlayıb. Aldığım məlumata görə, oradakı qocalar artıq bu robotlara öyrəşiblər, hətta robotları keçmiş həyat yoldaşının adı ilə çağıranlar da var. Lakin onu da qeyd edim ki, insanların robota aşiq olması çox asandır. Robotun insana aşiq olması isə biraz çətin məsələdir. Yenə də gələcək üçün belə bir ehtimal var.
Bütün bu dediklərimin 10-20 il içərisində reallaşacağını düşünürəm.

Lalə Nəsirova
Sfera.az


OXŞAR XƏBƏRLƏR