"Nüvə silahları insan irqini yox edə bilər”.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ronald Reyqan dövründə ABŞ-ın dövlət katibi olan 95 yaşındakı Corc Şultz deyib.
Sabiq dövlət katibi Vaşinqtondan nüvə silahlarının sınaqdan keçirilməsini qadağan edən müqaviləni tezliklə təsdiq etməsini istəyib.
Dünya tarixinin kritik bir dövründə yaşadığımızı deyən Şultz qeyd edib ki, iki ölkə arasında baş verən kiçik nüvə qarşıdurması belə bütün dünyaya təsir edə bilər. Onun sözlərinə görə, ABŞ müqaviləni təsdiqləyərsə, bu nüvə silahlarının nə qədər təhlükəli olduğunu bütün dünyaya göstərmiş olacaq.
Qeyd edək ki, nüvə silahlarının sınaqdan keçirilməsini qadağan edən müqavilə 20 il əvvəl imzalanıb və digər ölkələrə də imzalanması üçün açıqdır. Ancaq ABŞ da daxil olmaqla səkkiz ölkə müqaviləyə qoşulmayıb.(publika.az)