Çindən III Dünya müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

Çindən III Dünya müharibəsi ilə bağlı XƏBƏRDARLIQ
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin heç kimin Rusiya-Ukrayna müharibəsinin yeni dünya müharibəsinə səbəb olmasını istəmədiyini bildirib. 
 
Sfera.az xəbər verir ki, nazirliyin mətbuat katibi açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrovun "Üçüncü Dünya Müharibəsinin başlaması real təhlükədir" şərhini dəyərləndirib:

"Heç kim III Dünya Müharibəsinin başlanmasını görmək istəmir. Ümid edirik ki, müharibədə iştirak edən tərəflər sakit düşünüb təmkinlə hərəkət edəcək, gərginliyin artmasının qarşısını alacaq və sülhü mümkün qədər tez təmin edəcəklər. Onlar Avropaya və dünyaya daha pis nəticə ödətməkdən çəkinəcəklər”.
Vanq eyni zamanda Avstraliyanın Müdafiə naziri Peter Duttonun "tezliklə regional münaqişə başlayacaq və Avstraliya müharibəyə hazır olmalıdır" və "Çinin ambisiyaları artıb" sözlərinə reaksiya verib.

"Bəzi avstraliyalı siyasətçilər öz eqoist siyasi mənfəətləri naminə qeyri-ciddi şərhlər verir və Çinə qarşı müharibə üçün çağırışlar edirlər. Çin xalqı və beynəlxalq ictimaiyyət belə ucuz addımların məqsədini yaxşı bilir", - deyə Vanq bildirib. 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

"Müharibə hələ uzun müddət davam edəcək" - SƏBƏBLƏR

"Rusiyanın Ukraynanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir ki, müharibə hələ uzun müddət davam edəcək”.   Sfera.az bil...

“Türkiyə restoranlarından, avtomobillərindən istifadə etməyin” – Deputatdan BOYKOT ÇAĞIRIŞI

NATO-ya üzv olmaq üçün rəsmi müraciət edən Finlandiyada Mərkəz Partiyasının üzvü Mikko Karna insanları Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq edənə qədər t...