Çin bəşəriyyətin ən dəhşətli silahını istehsal etdi: İnsanı 1 saniyədə külə çevirən lazer - FOTO

Çin bəşəriyyətin ən dəhşətli silahını istehsal etdi: İnsanı 1 saniyədə külə çevirən lazer - FOTO
Çində insan dərisi və digər materialları bir anda külə çevirə bilən lazer silahının istehsal olunduğu bildirilir.

Sfera.az xəbər verir ki, Honq-Konqda çıxan "South China Morning" qəzetinin yazdığına görə, ""ZKZM-500” adlı silah 800 metr məsafədə insan dərisini anında yandıra bilir. Silahın hər kəsdən əvvəl terrorla mübarizə aparan təhlükəsizlik orqanlarına veriləcəyi gözlənilir. Silah prototip nümunələrindən sonra kütləvi istehsala keçiləcək. 3 kq ağırlığa, 15 mm-lik kalibrə malik silahın 155 min dollara satılması planlaşdırılır.

Silahı təhlil edən "Tech Crunch” saytında gedən yazıda silahda cib telefonlarında istifadə olunan "litium-ion" batareyalarından istifadə olunduğu, lazer silahının uzaq məsafədə insan dərisini hədəf alaraq bir anda yox etməsinin isə fizika qanunlarına zidd olduğu, bunun sadəcə təbliğat məqsədilə iddia edildiyi bildirilir. Yazıda böyük enerji mənbələri ilə işləyən çox müasir lazer sistemlərinin belə müəyyən edilmiş nöqtəyə uzun müddət ərzində istilik göndərə bilmədiyi qeyd olunur:

"Litium-ion batareyalarının 800 metr deyil, çox qısa məsafəyə belə istilik göndərməsi imkansızdır. Güllələrin əksinə olaraq lazer şüaları zəifləyərək hərəkət edir”.

"Next Big Future" saytı isə "Boeing” firmasının 2015-ci ildə 10 kilovatlıq sistem qurmaq üçün 295 kiloqramlıq sistemə ehtiyacı olduğunu qeyd edib. Əldə aparılan bu cihazın isə bu səviyyədə enerji gücü istehsal etməsi isə mümkün deyil.

Qeyd edək ki, lazer texnologiyasının silah istehsal etmək məqsədilə istifadəsi 1986-cı ildə Cenevrədə keçirilən Beynəlxalq Qırmızı xaç Komitəsi tərəfindən qadağan olunub.

Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlin ilk Ay tutulması başa çatdı - VİDEO

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Sfera.az xəbər verir ki, bu, tam Ay tutulması olub. Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də son...

NASA kosmosa çılpaq insan şəkilləri göndərəcək - FOTO

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsində (NASA) çalışan elm adamları yadplanetliləri cəlb etmək ümidi ilə kosmosa çılpaq insan şəkli göndərməy...

Sürücüsüz taksilər fəaliyyətə başlayır – FOTO

Çində sürücüsüz taksilərə icazə verilib.     Sfera.az xəbər verir ki, texnologiya şirkəti "Baidu Inc” və "Toyota” tərəfindən dəstəklənən "Pony.ai”...

“WhatsApp”a istifadəçiləri əyləndirəcək yenilik gəldi - FOTOLAR

"WhatsApp”ın "iOS” versiyasında olan yeni emojilər artıq "Android”lərdə də istifadə oluna biləcək. Sfera.az xəbər verir ki, bu barədə "Haber Global” xəbər...

Türkiyə milli avtomobilini ABŞ-da nümayiş etdirdi - FOTOLAR

Türkiyənin milli avtomobili olan TOGG dünyanın ən böyük istehlak elektronikası ticarət sərgisi - "CES 2022”də nümayiş etdirilib.   Sfera.az xəbər verir k...

Çin Dünyanın ilk iki oturacaqlı döyüş təyyarəsini hazırlayır - FOTO

Çin daha bir ilkə imza atıb.   Sfera.az bildirir ki, sözügedən ölkə dünyanın ilk iki oturacaqlı 5-ci nəsil döyüş təyyarəsini hazırlayıb. "The Military Wa...