İmtahan zamanı bu tələbələrə güzəşt edilə bilər - AÇIQLAMA

İmtahan zamanı bu tələbələrə güzəşt edilə bilər - AÇIQLAMA
"Koronavirusa yoluxan tələbələr qış imtahan sessiyasında onlayn qaydada imtahan verməlidir".

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert koronavirusa yoluxan tələbələrin qayıblarının silinməli olunduğunu da diqqətə çatdırıb:

"Əyani tədris bərpa edildikdən sonra ortaya bir neçə ciddi problemin çıxması gözlənilirdi. Bunların arasında ən ciddi problem yoluxma müşahidə edildiyi qrupların distant rejimə keçməsi ilə bağlı idi. Bu zaman təbii ki, bəzi hallarda onllayn təhsili təşkil etmək mümkün olmurdu, çünki dərsi aparan müəllim bir saat sonra başqa bir qrupda əyani dərsdə iştirak etməli olurdu. Məlum olduğu kimi hazırda pandemiya davam edir və yoluxan şəxslərin arasında tələbələr də var. Bu səbəblə bəzi tələbələr dərslərdə iştirak edə bilmədilər. Çox təəssüf ki, birinci problem koronavirusa yoluxan tələbələrin dərsdə iştirak edə bilməməsinin üzrlü olaraq qeydə alınmaması ilə bağlı idi. İkinci məsələ isə tələbələrin biliklərinin qiymətləndirilməsi ilə bağlıdır. Hazırda imtahan sessiyasıdır və koronavirusa yoluxan tələbələrin imtahanlarda iştirakı məhduslaşdırılır. Lakin nəzərə alsaq ki, karantin müddəti 14 gündür, bu, artıq semestr imtahanlarının bir neçəsində tələbənin iştirak etməməsi ilə nəticələnəcək. Bu problemin aradan qaldırılması üçün koronavirusa yoluxmuş və yoluxmanın rəsmi qeydə alınmış şəxslərin onlayn imtahanlarda iştirakı təşkil edilməlidir".
 
Ekspert koronavirusa yoluxaraq dərslərə qoşula bilməyən tələbələrin bəzi mövzuları mənimsəmədiyini və bunun qiymətləndirmə zamanı nəzərə alınmalı olduğunu deyib:

"Bundan əvvəl 3 semestr biz imtahanları onlayn qaydada təşkil etmişik, bu sahədə təcrübəmiz var. Hesab edirəm ki, hansı qrupda yoluxma halı aşkar edilsə və imtahan məhdudlaşdırılsa, həmin tələbələr qrup olaraq imtahanı onlayn qaydada verməlidirlər. Bu, mövcud problemin aradan qalxması üçün yeganə həll yoludur. Bundan başqa ötən semestr ərzində bəzi tələbələr koronavirusa yoluxduğu üçün dərslərdən uzaq qaldılar. Bu isə onların bəzi mövzuları mənimsəməməsi ilə nəticələndi. Yaxşı olardı ki, imtahan sessiyası zamanı bu tələbələrə güzəştlər edilsin".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Nazir direktorların görüntülərindən danışdı: "Bu videoların yayılması..."

"Fikrimcə, məsələ göstərildiyi qədər faciəvi deyil. Azərbaycan məktəblərinə bir milyon altı yüz min şagird gedir. 30 min şagirdimiz olimpiadada iştirak etdi. O ...

Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq

"Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq". Sfera.az  xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması ...

400-ə qədər gənc aparıcı ali məktəblərə göndəriləcək - Əliyev

Biz bunu ona görə edirdik ki, azərbaycanlı gəncləri yetişdirək, onlar gözəl peşə sahibləri olsunlar, mütəxəssis olsunlar. Əsas məqsəd budur - xalqımızın intelle...

Şagirdlərin məktəblərdə nizam-intizamı pozmalarının qarşısı necə alına bilər? - Psixoloqdan və ekspertdən TƏKLİFLƏR

Son günlər orta təhsil müəssisələrində şagirdlərin davranış qaydaları müzakirə obyektinə çevrilib. Demək olar hər gün, sosial mediada sinifdə özünü idarə edə bi...

Azərbaycanda təhsil alan xaricilərin sayı niyə kəskin azalıb? - AÇIQLAMA

"Hazırda Azərbaycanda təhsil alan xarici ölkə vətəndaşlarının sayı 6 min 400 nəfərdir”.   Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov dey...

“Məktəbə daxil olarkən telefonlar şagirdlərdən alınsın” - Psixoloq

"Özəl təhsil ocaqlarında olduğu kimi dövlət məktəblərində də telefonların şagirdlərdən  alınması və yalnız dərsdən sonra geri qaytarılması lazımdır”. ...