İlon Mask "Apple" rəhbərinin Türkiyə ilə bağlı paylaşımını ələ saldı - Yüksək qiymətlərə belə diqqət çəkdi

İlon Mask
"SpaceX” və "Tesla” şirkətlərinin rəhbəri İlon Maskın son şərhi gündəm olub.
 
Sfera.az bildirir ki, iş adamı  "Apple” şirkətinin rəhbəri Tim Kukun "Twitter” hesabındakı paylaşımına reaksiya verib. Belə ki, Tim İstanbulun Bağdat küçəsində açılan yeni "Apple” mağazası ilə bağlı fikirlərini bölüşüb. "İstanbuldakı yeni mağazamızla tanış olun. Bu kütlənin bir parçası olduğumuza görə xoşbəxtik və müştəriləri yeni mağazaya dəvət etmək üçün səbrsizlənirik”, - deyə Tim qeyd edib.

"Apple” rəhbərinin paylaşımına qısa müddət ərzində minlərlə cavab gəlib, şərh yazanlardan biri də İlon Mask olub. O, "Apple”ın 199 lirəlik ekran təmizləyici parçasını nəzərdə tutaraq "Gəlin, "Apple” parçasını görün” cümləsindən istifadə edib.

Qeyd edək ki, "Apple” cihazlarının ekranlarını təmizləmək üçün hazırladığı microfiber təmizləyici parçasını 19 dollara (199 lirə) satışa çıxarıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İlin ilk Ay tutulması başa çatdı - VİDEO

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Sfera.az xəbər verir ki, bu, tam Ay tutulması olub. Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də son...

NASA kosmosa çılpaq insan şəkilləri göndərəcək - FOTO

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsində (NASA) çalışan elm adamları yadplanetliləri cəlb etmək ümidi ilə kosmosa çılpaq insan şəkli göndərməy...

Sürücüsüz taksilər fəaliyyətə başlayır – FOTO

Çində sürücüsüz taksilərə icazə verilib.     Sfera.az xəbər verir ki, texnologiya şirkəti "Baidu Inc” və "Toyota” tərəfindən dəstəklənən "Pony.ai”...

“WhatsApp”a istifadəçiləri əyləndirəcək yenilik gəldi - FOTOLAR

"WhatsApp”ın "iOS” versiyasında olan yeni emojilər artıq "Android”lərdə də istifadə oluna biləcək. Sfera.az xəbər verir ki, bu barədə "Haber Global” xəbər...

Türkiyə milli avtomobilini ABŞ-da nümayiş etdirdi - FOTOLAR

Türkiyənin milli avtomobili olan TOGG dünyanın ən böyük istehlak elektronikası ticarət sərgisi - "CES 2022”də nümayiş etdirilib.   Sfera.az xəbər verir k...

Çin Dünyanın ilk iki oturacaqlı döyüş təyyarəsini hazırlayır - FOTO

Çin daha bir ilkə imza atıb.   Sfera.az bildirir ki, sözügedən ölkə dünyanın ilk iki oturacaqlı 5-ci nəsil döyüş təyyarəsini hazırlayıb. "The Military Wa...