İlham Əliyevdən böyük jest - Ərdoğan gələ bilmir, o, Ankaraya gedir!

İlham Əliyevdən böyük jest - Ərdoğan gələ bilmir, o, Ankaraya gedir!

Bu, Azərbaycan iqtidarı, xüsusi ilə prezident Əliyev tərəfindən böyük və riskli bir jest hesab oluna bilər

 

Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası Bakı əvəzinə Ankarada keçiriləcək. APA-nın Türkiyənin rəsmi  "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, toplantının Ankarada keçirilməsi təşəbbüsünün Azərbaycan prezidentindən gəlib.
 
Agentlik Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən Ərdoğanın bu jestə və terrorla mübarizədəki  həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdiyini yazıb.
 
Qeyd edək ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Bakıya planlaşdırılan səfəri təxirə salınıb.
 
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.
 
Həmin səfər çərçivəsində də Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilməli idi. 

Musavat.com-un şərhi:  Bu, Azərbaycan iqtidarı, xüsusi ilə prezident Əliyev tərəfindən böyük və riskli bir jest hesab oluna bilər.  Ərdoğanın Bakıya səfəri öncəsi ikinci qanlı terror törədən Türkiyə düşmənlərinə bir növ cavab xarakteri daşıyan bu jest həm də onları qarşısına almaq deməkdir.

Azərbaycan bir qardaşlıq, bir həmrəylik addımı ataraq, hər hansı şərtlər daxilində Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirir. Ərdoğan Bakıya gələ bilmirsə, onu Azərbaycana gəlməyə qoymurlarsa, İlham Əliyev Türkiyəyə gedər; hər hansı bir vəziyyətdə qardaşları bir birindən heç kim ayıra bilməz -  bu addımın mənası budur! 

Xatırladaq ki, Avropadakı böyük tədbirlərdən birində erməni iftira və hücumlarına münasibətdə prezident Əliyev belə demişdi: "Burada Türkiyə rəhbərləri yoxdur, lakin mən varam, Azərbaycan var..."

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edi...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutdu- RƏSMİ

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxı...

Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO

Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları  sistemi satmağı dayandırmışdı. Sfera.az xəbər...

Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vurdu

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensi...