İlham Əliyev Bolqarıstan, Makedoniya və Albaniya prezidentləri ilə görüşüb - YENİLƏNİB - FOTO

İlham Əliyev Bolqarıstan, Makedoniya və Albaniya prezidentləri ilə görüşüb - YENİLƏNİB - FOTO

18:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Albaniya Respublikasının Prezidenti Buyar Nişani ilə görüşüb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Dördüncü Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini deyən dövlətimizin başçısı toplantıda getdikcə daha çox nüfuzlu qonağın iştirak etməsini məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyevə IV Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını ifadə edən Albaniya Prezidenti Buyar Nişani tədbirin müxtəlif ölkələrdən olan nümayəndələrin bir araya gələrək dünya dövlətlərinin üzləşdiyi bir sıra mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparması üçün yaxşı fürsət yaratdığını vurğuladı. Ölkələrimiz arasında yaxın dostluq və tərəfdaşlıq münasibətlərinə toxunan Buyar Nişani əməkdaşlığımızın bütün sahələrdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Əlaqələrimizin inkişafına verdiyi dəstəyə və ölkəsinə göstərdiyi dost münasibətinə görə şəxsən Prezident İlham Əliyevə təşəkkürünü bildirən Buyar Nişani Albaniyanın Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğuladı. Albaniya ilə Azərbaycanın tarixində oxşarlıqların olduğunu deyən Buyar Nişani hər iki ölkənin bir sıra mühüm məsələlərin həlli istiqamətində birgə fəaliyyətinin önəmini qeyd etdi. Azərbaycanın qısa zaman ərzində sürətli inkişafa nail olduğunu vurğulayan ali qonaq bunun region və eləcə də digər ölkələr üçün nümunə ola biləcəyini qeyd etdi. Buyar Nişani Prezident İlham Əliyevin TAP da daxil olmaqla bir sıra mühüm layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Ali qonaq bu layihənin nəinki iştirakçı dövlətlər, bütün Avropa üçün mühüm əhəmiyyət daşıdığını dedi.

----------

17:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Prezident George İvanovun ölkəmizə səfərinin Azərbaycan ilə Makedoniya arasında ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirildi.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolunun mühüm əhəmiyyət daşıdığı vurğulanaraq, IV Qlobal Bakı Forumunun artıq dünya əhəmiyyətli aparıcı tədbirlərdən birinə çevrildiyi məmnunluqla qeyd olundu. Forumun proqramının geniş sahələri əhatə etdiyi, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və dünyanın diqqət mərkəzində olan digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğu bildirildi.

Görüşdə, həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

---------

14:33

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstan prezidenti Rosen Plevneliev ilə görüşüb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edildi. Sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından məmnunluq bildirildi və Bolqarıstanın bu münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verməyə hazır olduğu vurğulandı.

Görüşdə IV Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edildi, səmərəli müzakirələrin aparılması üçün tədbirin yaxşı imkan yaratdığı bildirildi. Diqqətə çatdırıldı ki, Forumun gündəliyində duran məsələlər aktualdır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edi...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutdu- RƏSMİ

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxı...

Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO

Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları  sistemi satmağı dayandırmışdı. Sfera.az xəbər...

Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vurdu

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensi...