İcra başçısı və müavinin xidməti maşınları bir-birilə toqquşdu - Rayon rəhbəri təcili Bakıya çağırıldı

İcra başçısı və müavinin xidməti maşınları bir-birilə toqquşdu - Rayon rəhbəri təcili Bakıya çağırıldı
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının və onun müavinlərinin xidməti avtomobilləri rayonun mərkəzində ağır yol qəzası törədib.

Sfera.az xəbərt verir ki, həmin rayonundakı mənbələr hadisənin təfərrüatı barədə Azinforum.az-a aşağıdakıları söyləyiblər:

"İcra başçısının Hüseyn adlı sürücüsü və digər iki müavinin sürücüləri toyda yeyib-içdikdən sonra, rayonun mərkəzində yüksək sürətlə yarışmağa başlayıblar. Nəticədə icra başçısının xidməti avtomobili səkiyə çırpılaraq, onunla yarışan başçının müavinin avtomobili ilə toqquşub. Hadisə nəticəsində VAZ-07 markalı başqa bir avtomobilə də ziyan dəyib. Qəza zamanı icra başçısının Yeganə adlı xanım müavinin də sürücüsü başçının xidməti avtomobilində olub.

Qəza nəticəsində icra hakimiyyətinin üç xidməti sürücüsü yaralanıb. Avtomobillərə ciddi ziyan dəyib. İcra başçısının sürücüsünün vəziyyətinin çox ağır olduğu bildirilir. Hər üç sürücü hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasındadır. Hadisə ilə bağlı Beyləqan İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmadı. Beyləqandakı mənbələrin verdiyi məlumata görə, icra başçısı hazırda rayonda deyil. Onun məhz bu hadisəyə görə Bakıya çağrıldığı bildirilir.

Hadisə yerindən çəkilən eksklüziv fotoları təqdim edirik:
 



OXŞAR XƏBƏRLƏR

Yol kənarında faciəvi şəkildə ölənlər maşını imsak üçün saxlayıblarmış... - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az-ın xəbərinə görə...

“Location”dakı partlayışda məşhur şirkətin meneceri də ağır yaralanıb - VİDEO

"Location” klubundakı partlayış zamanı daha bir əcnəbinin xəsarət aldığı müəyyənləşib. Sfera.az xəbər verir ki, hadisə zamanı "Location” klubla üzbəüz "Ro...

Partlayış olan klubdakı müğənni baş verən hadisədən danışdı: “Gözümü açdım ki...” - VİDEO

Aprelin 3-də baş verən partlayış zamanı "Location” klubda olan müğənni Nicat Məhərrəmov yaşadıqlarını danışıb.  Sfera.az xəbər verir ki, ATV-yə ...

Gecə klubundakı partlayışda ölən şəxsin kimliyi bəlli oldu – RƏSMİ

Azərbaycan Respublikası Baş Prokurorluğu Bakıdakı gecə klublarından birində baş vermis partlaşıyla bağlı açıqlama yayıb. Sfera.az-a daxil olan açıqlamada ...

Keçmiş məmurun qızı da partlayış yerində olub

Tanınmış bloger Aysel Şükürova bu gün partlayış baş verən "Location Baku" gecə klubunda olub. Sfera.az xəbər verir ki, blogerin keçmiş həyat yoldaşı Oqtay...

Xalq artisti vəfat etdi - FOTO

Xalq artisti Zülfüqar Abbasov vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə report-a Xalq artistinin yaxınları məlumat verib. Bildirilib ki, o, uzu...