"Heydər Əliyev mətbuata, jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı" - Aslan Aslanov

"Çağdaş dünya tarixində mətbuatın təsir gücünü Heydər Əliyev qədər qiymətləndirən ikinci bir şəxs olmayıb".
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)idarə heyətinin sədri Aslan Aslanov Ulu Öndər Heydər Əliyevin 99 illiyi münasibətilə təşkil olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı" adlı tədbirdə çıxışı zamanı bildirib.

A.Aslanov Heydər Əliyevin Azərbaycan mətbuatı tarixindəki xüsusi rolunu yüksək qiymətləndirib:

"Bəşər tarixi çox görkəmli şəxsiyyətlər yetirib, lakin xalqının ən ağır günündə xalqı ilə birgə olan, vətənini aydınlığa çıxaran liderlər çox azdır. Azərbaycan xalqı şanslıdır ki, onun Heydər Əliyev kimi öndəri var. O, 30 il müddətində siyasi hakimiyyətin zirvəsində oldu. Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Onun mətbuatın inkişafı yolunda atdığı addımlar barədə xeyli danışmaq olar. Yenilməz iradəyə malik bir şəxsin Azərbaycana rəhbər olması ilə mətbuatda görünməmiş inkişaf baş verdi. Heydər Əliyevin 1969-82-ci illərdəki birinci hakimiyyəti dövrünü  milli özünüdərkin inkişafı dövrü kimi də dəyərləndirmək olar. O, mətbuata, jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı. O, söz və mətbuata yaşıl işıq yandırdı".

A.Aslanov Ümummilli liderin mətbuatın üç prinsip əsasında inkişaf etməsidən yana olduğunu diqqətə çatdırıb:

"Ümummilli liderin milli mətbuatın inkişafı ilə bağlı işlərindən danışarkən medianın üç prinsip ətrafında inkişafı məsələsinə diqqət çəkmək olar. Bu prinsiplər dövlətçiliyə xidmət, azərbaycançılıq ideologiyasının təbliği və ümumbəşəri dəyərlərə hörmətlə yanaşma prinsipləridir. Azərbaycan mətbuatı məhz bu prinsiplər ətrafında örnək olacaq uğurlara imza atdı".

Qeyd edək ki, sözügedən tədbir Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə baş tutub.

Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

"Dress-kod" tələbi azadlığın məhdudlaşdırılmasıdır? - Sosioloqdan açıqlama

Mədəniyyət nazirliyinin strukturuna daxil olan qurumlarda etik davranış və daxili intizam qaydaları ilə bağlı imzalanan əmr sosial şəbəkələrdə müzakirə obyektin...

"Tibb Universitetinin kitabxanasında ciddi dərslik çatışmazlığı var" - Həkimdən açıqlama

"Tibb Universitetinin kitabxanasında ciddi dərslik çatışmazlığı hökm sürür”.   Sfera.az bildirir ki, bunu tanınmış radioloq həkim Aydın Əliyev deyib. O q...

Marketlərdə siqaret "qıtlığı" yarandı - SƏBƏBİ nədir?

Bakıda marketlərdə bir çox siqaret markalarının satışı dayandırılıb.   Sfera.az bu hal ilə bağlı araşdırma aparıb.   Araşdırma nəticəsin...

“Stress bizim inkişafımızı da təmin edə bilər” – Psixoloqdan AÇIQLAMA

"Stress normal miqdarda olduqda bizim inkişafımızı təmin edir”.   Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Psixol...

“Aksiyada saxlanılan olmayıb” – DİN-dən AÇIQLAMA

Bu gün bir qrup fəal Bakıda, Fəvvarələr Meydanında etiraz aksiyası keçirib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı eti...