Heydər Əliyev Fondu Qubada məktəb tikdi - FOTO

Heydər Əliyev Fondu Qubada məktəb tikdi -  FOTO
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

Sfera.az xəbər verir ki, təhsil müəssisəsində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin əvvəlki binası 1971-ci ildə inşa olunmuşdu və son illər tam yararsız vəziyyətdə idi. İndi isə şagirdlər Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş tam yeni məktəbdə təhsillərini davam etdirəcəklər.
 

Müasir standartlara cavab verən yeni məktəbin inşası keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması deməkdir.

Birinci Nügədi kənd orta məktəbin şagirdləri indiyədək müxtəlif fənn olimpiadalarında müvəffəqiyyət qazanıb, məzunlar yüksək balla ali məktəblərə qəbul olublar. Təkcə son 4 ildə məktəbin 5 şagirdi 600-dən çox balla tələbə adını qazanıb.

Dövlət başçısı, birinci xanım və qızları yeni məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəziblər.

Qeyd edək ki, müasir infrastruktur tədrisin keyfiyyətinə birbaşa müsbət təsir göstərən amillərdəndir. Əminliklə demək olar ki, bundan sonra Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin şagirdləri daha böyük uğurlar qazanacaqlar.

***

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondunun Qubanın Birinci Nügədi kəndində inşa etdiyi 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

Bizim.Media xəbər verir ki, məktəblə tanışlıq dövlət başçısının dekabrın 6-da Quba rayonuna səfəri çərçivəsində baş tutub.

OXŞAR XƏBƏRLƏR

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi - RƏSMİ

Nazirlər Kabineti "Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi B...

MİQ imtahanlarına buraxılmayanlarla bağlı yeni QƏRAR verilə bilər? - Ekspert AÇIQLADI

Son günlər bakalavr ixtisası fərqli, magistr təhsili müəllimlik olanların MİQ-də iştirak edə bilməməsi müzakirə obyektinə çevrilib. Bu baxımdan "Baza təhsili ol...

“Adam 4-5 il ərzində təhsil aldığı ölkənin dilini bilmirsə...” – Diplomlar niyə tanınmır?

Xaricdə təhsil alan bəzi şəxslərin diplomlarının tanınmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Diplomların tanınmamasına əsas kimi sərhəd keçmən...

Azərbaycanda ali məktəblərdə qış tətilinin müddəti 10 gün uzadıla bilər

"Omikron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə l...

“Magistraturaya hazırlaşan bakalavrlara ikinci şans verilməlidir...” – Kamran Əsədov

Magistraturaya qəbul imtahanının ikinci dəfə keçirilməsi ilə bağlı konkret qərar yoxdur. Bəzi şəxslər ötən il sərt karantin zərurəti ilə ikinci imtahan...

Azərbaycanda məktəblər bağlana bilər? - RƏSMİ AÇIQLAMA

Hal-hazırda 9 məktəb və 299 sinif distant təhsilə keçib Sfera.az xəbər verir ki,  bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur...