Hərbçimiz yol qəzasında həlak oldu

Hərbçimiz yol qəzasında həlak oldu
Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib.

Sfera.az xəbər verir ki, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə "Hunday” və VAZ markalı avtomobillər toqquşub. Nəticədə Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Z.Səlimov "Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. O, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə medala layiq görülüb.


 

OXŞAR XƏBƏRLƏR

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Hərbçimiz yol qəzasında həlak oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib. Sfera.az xəbər verir ki, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində qeydə alı...

Bakıda dəhşətli QƏZA: Lüks avtomobilin sahibi hadisə yerində öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza olub. Sfera.az-ın məlumatına görə, hadisə mayın 11-i saat 22:50-də yolun Siyəzən rayonu ərazisindən keçən hissəs...

Qızıl şirkətinin azərbaycanlı sahibi ağır qəzada öldü - FOTO

Xarici ölkədə qızıl mədənçiliyi ilə məşğul olan azərbaycanlı biznesmen həyatını itirib. Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, "Arifoglu Gold" şirkə...

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qaldı - FOTO

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb. Sfera.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, jurnalistin ta...