Hansı pullar dövriyyədən çıxarılır? — Mərkəzi Bankdan AÇIQLAMA

Hansı pullar dövriyyədən çıxarılır? — Mərkəzi Bankdan AÇIQLAMA
Yenilənmiş pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib. 

Bildiyiniz kimi, Azərbaycanda yeni dizaynda 20 qəpiklik metal pullar, həmçinin 1, 5 və 50 manatlıq əsginaslar dövriyyəyə buraxılıb. Mərkəzi Bank bununla əlaqədar yaranan "Köhnə dizaynda pullar dövriyyədən çıxarılırmı, yaxud paralel olaraq digərləri ilə təkrar dövriyyəyə buraxılır?” sualına aydınlıq gətirib:

"Azərbaycan Mərkəzi Bankı tərəfindən pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlanılıb və bu çərçivədə 2021-ci ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb. Proseslərin davamı olaraq, "Qarabağ” mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib və 10 fevral 2022-ci il tarixdən tədavülə buraxılması nəzərdə tutulur.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən ötən ildə 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub.

Yenilənmiş pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Bununla yanaşı bildirmək istərdik ki, Mərkəzi Bankda pul nişanları müasir texnoloji sistemlərdə emal olunur və keyfiyyətinə görə çeşidlənir. Tədavülə yararlı pul nişanları (yeni və ya köhnə dizaynda olmasından asılı olmayaraq) təkrar dövriyyəyə buraxılır, yararsız pul nişanları isə tədavüldən çıxarılaraq məhv edilir”.

AMB-nin açıqlamasına əsasən, köhnə dizaynda olan pullar da yararsız hesab edilmədikcə yenidən dövriyyəyə buraxıla bilir və yalnız yararsız hesab edilən pul nişanları tədavüldən çıxarılır.    

OXŞAR XƏBƏRLƏR

Niyə məhz 28 aprel, niyə məhz Ukraynaya yardım göndəriləndən sonra? – Yanğın, yoxsa təxribat?

"Azərsun Sənaye Parkı”nda baş verən yanğın sosial şəbəklərin Azərbaycan seqmentində geniş müzakirə edilir. Yanğınla bağlı səslənən bir sıra iddialar isə xüsusi ...

28 Mayda neçə məhkum əfv olunacaq? - RƏSMİ AÇIQLAMA

"Aprelin 26-da keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası daxil olmuş 100-dən çox ...

Operativ Qərargah karantin rejimi ilə bağlı QƏRAR VERDİ

Baş nazir Əli Əsədov "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar imzalayıb. Sfera.az xəbə...

TƏBİB-dən maska qadağası ilə bağlı AÇIQLAMA: Yaxın günlərdə…

"Azərbaycanda karanetin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib...

Ziya Məmmədovun nəvəsinin bahalı “oyuncağı” neçəyə başa gəlib? - ŞOK QİYMƏT

Bu gün keçmiş nəqliyyat naziri Ziya Məmmədovun nəvəsi balaca Ziya üçün xüsusi avtomobil hazırlandığı barədə məlumat yayıldı. Sabiq Nəqliyyat nazirinin adını daş...

Ev almaq istəyən hərbçilərin NƏZƏRİNƏ - MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi ev almaq istəyən hərbçi qulluqçulara müraciət edib. Nazirlikdən Sfera.az-a daxil olan müraciətdə deyilir: "Azərbaycan Respublikası...