Hansı ölkələrin gəncləri daha depressivdir? - SİYAHI

Hansı ölkələrin gəncləri daha depressivdir? - SİYAHI
Gəncləri ən çox depressiv əlamətlər sərgiləyən ölkələrin adları açıqlanıb.
 
Sfera.az bildirir ki, pandemiyanın səbəb olduğu iqtisadi böhran, siyasi iqtidarsızlıq, işsizlik kimi əsas faktorların təsiri ilə bağlı tələbələr arasında araşdırma aparılıb. 26 ölkədən 99 min 689 gəncin iştirak etdiyi tədqiqatlar zamanı depressiya əlamətləri sərgiləyən ilk ölkənin Türkiyə olduğu müəyyən olunub.

Bununla bağlı araşdırmanı həyata keçirən sosioloq Sarah Van de Velde tezisində belə yazıb: 

"Türkiyədə tələbələr artıq mövcud siyasi iqtidarsızlıq və geriləyən iqtisadi şərtlərlə qarşı-qarşıya qalıblar. Bununla belə, Türkiyə pandemiya dövründə vətəndaşlara ən az maliyyə yardımı ödənilən ölkələr sırasında yer aldı və gənclər arasındakı işsizlik baxımından ən güclü artımlardan birini yaşadı”.

Sosioloq, həmçinin sözügedən ölkədə universitetlərin pandemiya zamanı nə vaxt bağlanacağına dair qeyri-müəyyənliyin yaşandığını və bunun da depressiv vəziyyətə təsir etdiyini əlavə edib.

Araşdırmada Türkiyədən sonra gənclərinin depressiv halda olduğu digər ölkələr arasında Cənubi Afrika, İspaniya, ABŞ və İngiltərə də yer alıb. Digər tərəfdən, Skandinaviya ölkələrindəki (İslandiya, Norveç, İsveç, Danimarka və Finlandiya) və Fransadakı tələbələrin ən aşağı depressiv əlamətlərə sahib olduqları ortaya çıxıb.


Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...