Güləşçimiz erməni idmançını 11:0 hesabı ilə məğlub etdi

Güləşçimiz erməni idmançını 11:0 hesabı ilə məğlub etdi
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin ikinci kurs tələbəsi İlkin Qənbərli Qazaxıstanın paytaxtı Nur-Sultanda WORLD GAMES 2022 çempionatının qalibi olub.

BDU-dan Sfer.az-a verilən məlumata görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində güləşən İ.Qənbərli fransalı rəqibinə 4:3 hesabi ilə qalib gələrək, 1/16 mərhələyə adını yazdırıb. Təmsilçimiz həmin mərhələdə amerikalı rəqibinə 1:2 hesabı ilə qalib gəlib. 1/8 finalda İ.Qənbərli braziliyalı rəqibini 8:0 hesabı ilə məğlub edərək, 1/4 finala keçib. O, 1/4 finalda Çin güləşçisinə 7:0 hesabı ilə qalib gǝlib. Təsnifat mərhələsində 3 qat dünya çempionu olan yaponiyalı rəqibini 8:3 hesabı ilə məğlub edən İ.Qənbərli yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Yarımfinal görüşündə "Terminator" ləqəbli güləşçimiz argentinalı rəqibinə 9:5 hesabı ilə qalib gələrək, final mərhələsinə keçib.

Final görüşündə tələbəmiz erməni güləşçisi Varşam Boranyanı 11:0 hesabı ilə məğlub edərək, yarışın qalibi olub.

Qeyd edək ki, bu, İ.Qənbərlinin erməni idmançı üzərində ilk qələbəsi deyil. O, ötən ilin 13-15 fevral tarixlərində Fransanın paytaxtı Parisdə yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq turnirin də qalibi olub. O, həmin yarışda erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edib. İ.Qənbərli həmçinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.


OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...