Güləşçilərimiz erməni idmançılarını diz çökdürdü - VİDEO

Güləşçilərimiz erməni idmançılarını diz çökdürdü  - VİDEO
Güləş üzrə yığma komandamız İranda keçirilən beynəlxalq turnirə uğurlu start verib. Yarışın ilk günündən qazancımız bir bürünc medal olub.

ANS TV-nin İran bürosunun məlumatına görə, Tehranda sərbəst və yunan-Roma güləşi üzrə beynalxalq turnirə start verilib. 

"Təxti Kuboku"adlanan beynalxalq turnirdə iştirak edən 16 ölkənin arasında Azərbaycanın mili yığması da yer alıb.

Yarışda millimizlə yanaşı, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Ermənistan, Mərakeş, Polşa, Tunis, Macarıstan, Tacikistan, Serbiya, Hollandiya və İranı təmsil edən pəhləvanlar medallar uğrunda mübarizə aparır.

Nəticələrə gəlincə turnirin ilk gününü yunan-Roma güləşçilərimiz üçün uğurlu adlandırmaq olar.

“Hər zaman olduğu kimi "Təxti Kuboku" adlanan beynalxalq turnir çox yüksək səviyyədə keçirilir. Bu yarışda 9 dövlət iştirak edir. Bizim heyət bu yarışa 5 və 6-ci nömrələr ilə gəlmişik. Lakin tək bir idmançımız Azad Əliyev 3-cü heyətdədir. Amma buna baxmayaraq güləşçilərimiz çox yaxşı iştirak etdilər. Bu gün Sakit Quliyev 3-cü yerə layiq görülüb. Çox yaxşı güləşçidir. Əsas sevindirici hal odur ki, yarış zamanı iki erməni idmançısını məğlub etdik. Bu sevindirici bir haldır”, - deyə yunan-Roma guləşi üzrə məşqçi Nurəddin Rəcəbov bildirib.

Yunan-Roma güləşi üzrə yığmanın üzvləri böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Əfsər Namazəliyevin rəhbərliyi altında yarışda iştirak ediblər.

Qeyd edək ki, heyətdə Səid Balabəyov, Sakit Quliyev, Azad Əliyev, Elman Muxtarov, Ruhin Mikayılov, Şəmistan Quluzadə və Şəhriyar Məmmədov yer alıb.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...