Gözünüzün yaşına belə baxmadan sizi tərk edə bilər... - Bürclərin ayrılıq səbəbləri

Gözünüzün yaşına belə baxmadan sizi tərk edə bilər... - Bürclərin ayrılıq səbəbləri
Münasibətə başlayan zaman bürclərin uyğunluğu çox önəmlidir. Bəzən aranızda cazibə olsa belə, bürclər buna təsir edə bilər. 
 
Sfera.az bürclərin hansı səbəblərdən ayrıldığı ilə bağlı yazını təqdim edir:

Qoç bürcü – Münasibətdə fikirləri qarışıq olan tərəfdir. Nə istədiyini adətən bilmir, bu gün yaxşı, sabah soyuq ola bilir. Qoç bürcləri qarşısındakı insana sahib olduğunu, əlinin içində olduğunu hiss etmək istəməz. Ona istədiyi hər şeyi versəniz, tez bezəcək. Digər tərəfdən həddindən artıq qısqanclıq və sahiblənilmək hissi də ayrılıq üçün bəhanə olacaq.

Buğa bürcü – Bu bürc altında doğulanlar münasibət zamanı partnerinə qarşı çox diqqətli olur. Lakin qarşılığında da eyni şeyi gözləyir – qayğı. Buğa bürclərini məhdudlaşdırmağa çalışsanız, sizdən ildırım sürəti ilə uzaqlaşar. Cinsəlliyə çox düşkün olan buğalar üçün seksual istəksizlik də ayrılma səbəbidir.
 
Əkizlər bürcü – Bu bürclər haqqında deyilən "ikili xarakterlidir, dəyişkəndir” fikrini unutmaq lazımdır. Əkizlər bürcü ilə yaşamaq möhtəşəmdir, özünüzü buludların üzərində zənn edəcəksiniz. Sizi göylərə qaldıra bilər, amma qəfildən yerə də yıxar. Onlar üçün özəl həyatına müxadilə etmək, tez-tez keçmişlə bağlı suallar vermək, qısqanclıq krizləri kimi şeylər ayrılmaq üçün önəmli səbəblərdəndir.

Xərçəng bürcü – "Problem səndə deyil, məndədir” cümləsini ən çox istifadə edən bürcdür. Xərçənglər münasibətlərini "ayrılmaq istəyirəm, amma həyatımdan da tam getməyini istəmirəm”, formasında yaşayır. Heç zaman tam mənası ilə münasibət yaşamaq istəmir, eyni zamanda ayrılmaq da. Əgər xərçəng bürcünə aşiq olmusunuzsa, "qaçan, qovular” taktikası faydalıdır. Çox üstünə getməyin, icazə verin o sizin dalınızca qaçsın.
 
Şir bürcü – Bu bürclər eqoları ilə məşhurdur. Onu tənqid etməyiniz, xətalarını üzünə vurmağınız, qürurunu zədələməyiniz çıxıb getməsi ilə nəticələnə bilər.

Qız bürcü – Hər nə qədər məntiq bürcü kimi görünsə də, qız bürcləri çox duyğusaldır. Cahilliyə və diqqətsizliyə tab gətirə bilmirlər. Ona təsir etmək üçün təmiz, intellektual və dürüst olmalısınız. Sizinlə istədiyi mövzunu danışa bilməz, münasibətə dəyər verdiyinizi hiss etmədiyi zaman isə gedər. Gedərkən yaddaşını da silər, vecsiz olar, bir daha geri dönməz.
 
Tərəzi bürcü - Tərəzi bürcləri üçün münasibətlərdə və həyatda ən vacib məsələ mehribanlıq və məntiqdir. Ona nəyisə qəbul etdirmək üçün məntiqlə izah etməlisən. Baxımlı, hörmətli və nəzakətli insanları sevir. Çox dava edirsinizsə, bu zaman nəzakətdən uzaq hərəkətlərə yol verirsinizsə, anidən münasibət sonlana bilər. Onu təkrar inandırmaq isə çətindir.
 
Əqrəb bürcü – Bu bürcə hər şeyi edin, amma qətiyyən alçaltmayın. Özünü güvənli hiss etmədiyi münasibətdə heç vaxt xoşbəxt olmaz. Dəqiq adamdır, gözünüzün yaşına belə baxmadan sizi tərk edə bilər.
 
Oxatan – Azadlığına ən düşkün bürclərdən biridir. Elə məhz azadlığına kölgə salan hərəkətlərə yol verməyiniz, münasibətdə israrcı olmağınız arxasına belə baxmadan qaçmasına səbəb olar. Digər tərəfdən oxatan bürcləri asan aşiq olmurlar. Həyatının dəyişməyəcəyi, məsuliyyəti çox hiss etməyəcəyi bir münasibətdə özlərini güvəndə hiss edirlər, yalnız həmin vaxt özlərini axışa buraxırlar.
 
Oğlaq bürcü – Ən çətin ayrılan bürclərdəndir. Maddi çətinliyə salmağınız, mənfi ruh halınız və danışıqlarınız, işində dəstəkləməməyiniz ayrılmaq səbəblərindəndir.

Dolça bürcü – Məntiqləri ilə hərəkət edirlər. Əgər münasibəti onu sıxır, məsuliyyət yükləyirsə, həyatını yaşamasına əngəl olursa, həmən dəqiqə gedər. 
 
Balıq bürcü – Öz daxili dünyalarında ümumilikdə xoşbəxt deyillər. Bu səbəbdən münasibətə başlayan kimi ayrılmaq istəyə bilərlər. Niyə bu qərarı verdiyini isə heç özləri də bilməzlər. 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən yaxşı otelləri - SİYAHI

Kosta Rikada yerləşən "Tulemar Bungalows & Villas” beynəlxalq Travellers' Choice 2022 mükafatına görə dünyanın ən yaxşı oteli seçilib.  Tam siyah...

Nasistlərin gizlətdiyi 10 ton qızıldan ibarət xəzinənin izi tapıldı: Bu sarayın həyətinə basdırılıb - FOTOLAR

İkinci Dünya Müharibəsindən bəri xəzinə ovçularının axtardığı itmiş nasist qızıllarının izi tapılıb.    Sfera.az bildirir ki, Polşa mərkəzli bir fon...

“Zaman səyyahı”ndan 2022-ci il ilə bağlı qorxunc proqnozlar: Bu tarixdə 2 milyon insan yoxa çıxacaq!

Sosial mediada "thehiddengod1” olaraq tanınan Kavi Leonard özünü "zaman səyahətçisi” elan edən bir şəxslə müsahibəsinin təfərrüatlarını danışıb.   Sfera....

Bu bürclərlə sevgili olmadan öncə iki dəfə düşünün! - Həyatdan bezdirirlər...

Münasibətlərdə həmişə xoşbəxt olmaya bilərsiniz. Nə qədər çalışsanız da, vəziyyət istədiyiniz kimi getməyə bilər. Adətən buna səbəb kimi partnyor olaraq seçdiyi...

Eşqdə mükəmməl harmoniyanı tapan bürclər - Onlar heç vaxt ayrıla bilmirlər

Bəzi insanlar tanış olduqları andan etibarən bir-birlərindən çox yaxşı enerji alırlar. Astrologiya isə ikitərəfli münasibətlərdə sevgi uyğunluğunda çox mühüm ro...

Tozsoran, fen səsi ilə yatan körpələr - Valideynlərin belə seçiminin yaradacağı FƏSADLAR

Hələ 1 yaşı tamam olmayan bəzi uşaqlar tozsoran, fen və digər buna oxşar cihazlarin səsi ilə sakitləşərək yatırlar. Ağlayan, uzun müddət yatmayan körpələr tozso...