"Genefondumuzun qorunması üçün "uşaq pulu"nun verilməsinə böyük ehtiyac var..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlama verib:

- Qüdrət bəy, əmək və əhalinin sosial müdafisi naziri uşaq pulunun niyə verilməməsi barədə düşüncələrini mətbuta açıqladı. Nə dərəcədə əsaslandırılıb uşaq pulunun verilməməsi?

- Ölkəmiz üçün çox üzüldüm onun fikirləri ilə tanış olanda. O, üç səbəb göstərir. Birinci səbəb kimi qeyd edir ki, çox vəsait tələb olunur, təqribən 3.3 milyard manat. İkinci səbəb kimi 2045-ci ilə qədər demoqrafik vəziyyətin stabil qalacağının proqnozlaşdırıldığını deyir. Üçüncü səbəb kimi isə meyarların müəyyənləşdirilməsinin çətin olduğunu və uşaq pulu verilərkən neqtiv halların, korrupsiya əməllərinin ola biləcəyini vurğulayır.

 O, fərqində deyil ki,"uşaq pulu" müavinəti demoqrafik vəziyyətə görə yox, bütün sivil ölkələrdə uşaqların normal qidalanması, isti geyinməsi, minimal səviyyədə "ləyaqətli həyat standartları" ilə təmin olunması üçün verilir. Mən parlament müzakirələri zamanı da söyləmişdim ki, əgər maliyyə imkanı yoxdursa uşaqlara nazirin dediyi kimi 18 yaşına qədər müavinət verilsin, onda yaş həddini 10 -a endirmək olar, yəni ibtidai sinfi bitirənə qədər aztəminatlı ailələrə uşaq pulu vermək olar. Həm də vacib deyil 100 manat məbləğində verilsin. Bu rəqəm iki dəfə azaldıla bilər və ümumi məbləğ bir milyard manatdan da az olar. Amma bununla çoxuşaqlı və aztəminatlı ailələriə böyük yardım etmiş olarıq. 

Onun uşaq pulu üçün meyarların müəyyən olunmasının çətinliyi və bunun korrupsiyaya yol açacağı barədə dedikləri isə o dərəcədə qeyri - ciddi yanaşmadır ki, adam münasibət bildirməyə sadəcə söz də tapa bilmir. Həyatımızın bir çox sahələrində çətin və mürəkkəb məsələlər qarşımızda dayanır, onun məntiqi ilə biz bunu çözməməliyik ki, korrupsiyaya yol aça bilər. Korrupsiyanın qaşısını almaq üçün işləməmək, çətin problemlərin həlli ilə məşğul olmamaq artıq yeni yanaşmadır. Korrupsiyaya qarşı mübarizədə ölkəmizdə tətbiq olunan "yenilik" kimi dünya birliyi tərəfindən öyrəniləcək.

Uşaq pulu əvəzinə minimum əmək haqqının artırılması ilə sosial rifahın yüksəldilməsi barədə nazirin dedikləri də  sağlam tənqidə davam gətirmir. Orta aylıq əmək haqqı artdıqda və inflyasiya aşağı olduqda, hamı işlə təmin olunduqda, pensiyalar orta əmək haqqına yaxınlaşdıqda, ailələr gəlirlərinin 30%-dən azını ərzaq almağa sərf etdikdə sosial rifahın yüksəlməsindən söhbət gedə bilər. İndiki halda uşaqların sağlam böyüməsi və genefondumuz qorunması üçün "uşaq pulu" müavinətinin verilməsinə böyük ehtiyac var. "Uşaq pulu" fərdi müraciətlər əsasında ailənin maddi vəziyyəti nəzərə alınmaqla verilməlidir. Yeri gəlmişkən deyim ki, nazirdən fərqli olaraq düşünürəm ki, meyarları müəyyən edib bu işi təşkil etmək çox sadədir. Yalnız təcrübəli, oturuşmuş, bacarıqlı və xalqını sevən bir şəxsə bu iş həvalə olunmalıdır.

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...